28 Oktyabr 2025, Çərşənbə axşamı
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Digər idman növləri

Azərbaycan cüdo millisi Avropa Kubokunda birinci yeri tutub

Türkiyənin Antalya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku yekunlaşıb.
 
Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan yığması turniri 4 qızıl, 5 gümüş və 7 bürünc medalla başa vurub. Bununla da milli komanda yarışda medal əyarına görə ümumi hesabda birinci, qızlar və oğlanlar arasında isə ikinci yeri tutub.
 
Turnirin ilk günündə cüdoçularımız 4 qızıl, 2 gümüş və 6 bürünc medal qazanıblar.
 
İkinci gündə isə oğlanlar arasında 81 kiloqram çəkidə Mehdi Abbasov və +90 kiloqramda Sübhan Axundov gümüş medal əldə edib. Qızlar arasında isə 57 kiloqramda Aytən Verdiyeva gümüş, Nilgün Rzayeva bürünc mükafatın sahibi olub.
 
Qeyd edək ki, Azərbaycan Avropa Kubokunda 57 idmançı ilə təmsil olunub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31