3 Iyun 2024, Bazar ertəsi
Almeyda daha bir il “Qarabağ”da
AFFA Barış Şimşəklə vidalaşdı
Çempion şahmatçılar “Sirab”ı seçdi
"Qarabağ"ın tarixində 20-ci titulu

Digər idman növləri

Azərbaycanın yunan-Roma güləşi millisi Vladiqafqazda toplanışa başlayıb

Azərbaycanın yunan-Roma güləşi millisi növbəti təlim-məşq toplanışına başlayıb.
 
Futbolxeber.az saytının Güləş Federasiyasının mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yığma bu gündən Rusiyanın Vladiqafqaz şəhərində hazırlıq prosesinə start verib.
 
Martın 6-dək davam edəcək toplanışa baş məşqçi Aleksandr Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin rəhbərliyi altında Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov, Xasay Həsənli (hər ikisi 77 kq), Rafiq Hüseynov (82 kq), Murad Əhmədiyev, Murat Lokyayev, Arif Niftullayev (hamısı 97 kq), Beka Kandelaki və Sabah Şəriəti (hər ikisi 130 kq) qatılıblar.
 
Zədəsini bərpa etdirən digər yığma üzvləri məşqçilər Kamran Məmmədov və Elvin Mürsəliyevin nəzarəti altında Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında hazırlıq keçirlər.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30