14 Avqust 2025, Cümə axşamı
“Qarabağ”ın pley-offdakı rəqibi bilindi
AFFA prezidentindən təbrik
"Qarabağ" ÇL-in pley-offunda!
"Araz-Naxçıvan" Nikosiyadadır

Digər idman növləri

Cüdoçularımızdan 11 medal

 
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində keçirilən cüdo üzrə böyüklər arasında Avropa kubokunda Azərbaycan cüdoçuları 2 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.
 
Futbolxeber.az saytının məlumatna görə, turnirin ilk günündə kişilər arasında 60, 66 və 73 kq çəki dərəcələrində 6 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.
 
66 kq çəkidə Ruslan Paşayev qızıl, Kamran Süleymanov bürünc medal əldə edib. 73 kq çəkidə final görüşündə iki cüdoçumuz İbrahim Əliyev və Telman Vəliyev qarşılaşıb. Nəticədə İbrahim Əliyev qızıl medal əldə edib. -60 kq. çəkidə Rövşən Əliyev 5-ci, 66 kq. çəkidə Tofiq Əliyev isə 7-ci yerlə kifayətlənib.
 
İspaniyanın Malaqa şəhərində keçirilən gənclər arasında Avropa kubokunun ilk yarış günündə isə cüdoçularımız 1 qızıl və 1 bürünc medal qazanıblar.
 
Nizami İmranov (60 kq) yarışı 5-ci yerdə başa vurub. Aydın Rzayev (66 kq) qızıl medal qazanıb. Eyni çəki dərəcəsində yarışan digər cüdoçularımız Nicat Nağıyev 7-ci, Samir Piriyev 5-ci yerə çıxıb. -73 kq çəkidə Süleyman Əliyev yarışı 3-cü yerdə başa vurub. Eyni çəki dərəcəsində yarışan digər cüdoçumuz Vüsal Qələndərzadə 5-ci yerlə kifayətlənib.
 
Polşanın Bielsko Biala şəhərində keçirilən yeniyetmələr arasındakı Avropa kubokunun ilk günündə isə Azərbaycan idmançıları 1 qızıl, 1 gümüş və 3 bürünc medal əldə ediblər.
 
Oğlanlar arasında Əhməd Rüstəmov (50 kq) və Məhəmməd Məmişov, Cəsur İbadlı (66 kq) bürünc medal əldə edib.
 
Qızlar arasında Vüsalə Hacızadə (48 kq) qızıl, Xədicə Qədəşova (52 kq) gümüş medal qazanıb. Nigar Məmişova (42) 5-ci, Aytən Verdiyeva (52 kq) isə yarışı 7-ci yerdə başa vurub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31