20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Pxençxan-2018: Azərbaycan idmançıları paraddan 4 nəfərlə keçdi

Pxençxanda keçirilən XXIII Qış Olimpiya Oyunlarının rəsmi açılış mərasiminə start verilib. Futbolxeber.az saytının məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da start götürən mərasimdə artıq Azərbaycan millisi paraddan keçib.
 
Bayrağımızı yeganə təmsilçimiz Patrik Braxner daşıdığı halda, yığmamızın şef-de-missionu Anar Bağırov, Gənclər və İdman Nazirliyinin idman müdiri Fərid Mansurov, Azərbaycan Dağ Xizəkçiliyi Federasiyasın prezidenti Rauf Xəlilov onu müşayiət ediblər.
 
Açılış mərasiminə gəlincə, tədbir ağ pələng Suxoranqın səhnəyə çıxması ilə başlayıb. Ardınca talismanın adı ilə ona 5 uşaq qoşulub. Bundan sonra Cənubi Koreyanın bayrağına həsr olunan şou nümayiş edilib və ölkənin himni səslənib.
 
Dövlət simvollarının nümayişindən sonra idmançıların paradı başlayıb. Ənənəvi olaraq, Yunanıstan azarkeşlər qarşısından birinci keçib. 
 
Maraqlıdı ki, paraddan sonuncu olaraq 2 komanda - Cənubi Koreya və KXDR bir bayraq altında keçib. Onlar əvvəlcədən razılaşdırıldığı kimi, Koreya adı altında birləşiblər. 

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30