1 Noyabr 2025, Şənbə
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Futzal

Vitali Borisov: "Belə oyunla heç nəyə nail ola bilmərik"

Bu gün keçirilən Bosniya və Herseqovina - Azərbaycan oyunundan sonra millimizin baş məşqçisi Vitali Borisovun azfutzal.az-a açıqlama verib. 
 
Futvolxeber.az saytının məlumatına görə, mütəxəssis komandasının 0:7 hesablı məğlubiyyətini belə şərh edib:
 
“Çox pis oynadıq. Birinci hissədə müqavimət göstərdik, mümkün qədər mübarizə apardıq. Təəssüf ki, fasiləyə 2 saniyə qalmış qol buraxdıq. Halbuki bizim də epizodumuz oldu. İkinci hissədə isə ardıcıl qollar buraxdıqdan sonra uşaqlar ruhdan düşdü. Bu görüşün ən yaxşısı qapıçımız Emin Kürdov oldu. Ona “çox sağ ol” düşür. Əlindən gələ qədər köməklik etdi”.
 
V.Borisov qeyd edib ki, milli komandamız belə oyunla nəyəsə nail ola bilməz:
 
“İşimiz çoxdur. Belə oyunla heç nəyə nail ola bilmərik. Düzdür, milli çempionat yeni başlayıb, amma əsas çatışmazlıq beynəlxalq oyun təcrübəsinin azlığıdır. Bu baxımdan “Araz-Naxçıvan”ın üzvləri və milliyə bir müddətdir dəvət olunan futzalçılar nisbətən seçilirlər. Oyunu təhlil edəcəyik. Sabah daha yaxşı oynamalıyıq. Rəqibimiz atletik cəhətdən seçilir. Topla da yaxşı oynayırlar”.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30