27 Aprel 2024, Şənbə
Hidayətdən 4-cü Avropa çempionluğu
AFFA Salyanskini əfv etmədi
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”

Futzal

UEFA Azərbaycan millisinə texniki məğlubiyyət verdi

UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi dekabrın 15-də keçirilən Azərbaycan - Rumıniya oyununun nəticəsini (matç 5:5 hesabı ilə başa çatmışdı) ləğv edib.
 
Futbolxeber.az-ın Azərbaycan Futzal Federasiyasının saytına istinadən verdiyi məlumata görə,  komitənin qərarı ilə millimizə texniki məğlubiyyət (0:5) verilib.
 
Buna səbəb qeyd olunan oyun zamanı Azərbaycan yığmasının UEFA İntizam Qaydasını pozmasıdır.
 
Daha əvvəl yayılan xəbərlərdə bildirilirdi ki, Azərbaycan yığması milliləşdirilmiş futzalçılarla bağlı qaydalarda pozuntuya yol verib. Bu səbəbdən Niderland Futzal Federasiyası UEFA-ya şikayət verib.
 
Qeyd edək ki, Azərbaycan millisi yer aldığı A qrupunda bu sanksiya öncə 2 dəfə Rumıniya yığmasına tətbiq olunub. Niderland millisinin şikayəti əsasında, analoji səbəbdən UEFA-nın adı çəkilən komitəsi Rumıniya – Niderland və Niderland – Rumıniya oyunlarının nəticəsini ləğv etmiş, hər iki oyunda Rumıniyaya texniki məğlubiyyət (0:5) vermişdi.
 
Əlavə edək ki, Azərbaycan millisi  DÇ-2024-ün elit-raund mərhələsini 4 xalla sonuncu yerdə başa vurmuşdu.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30