Futzal
“Şərait bu cür olsaydı, Azərbaycan adına daha çox faydam dəyərdi”

Azərbaycan futzal millisinin sabiq kapitanı, hazırda isə U-19-un baş məşqçisi vəzifəsində çalışan Ağatahir Əzimov federasiyanın rəsmi saytına müsahibə verib
- Futzalçı karyeranı vərəqləyəndə ən çox hansı oyunu xatırlayırsan?
- Bir yox, bir neçə oyun olub ki, xatırlamamaq mümkün deyil. 1998-ci ildə Belçikanı sona 12 saniyə qalmış 4:3 hesabı ilə udurduq. Hakim əlehimizə o qədər qərarlar verdi ki... Təsəvvür edin, bir hissədə qapımıza 8 dəfə 12 metrlik (həmin vaxt 10 yox, 12 metrdən vurulurdu), 2 dəfə 6 metrlik cərimə zərbə təyin etmişdi. Özümüz də oyuna baş məşqçisiz getmişdik və 4 qoldan 3-nü mən vurmuşdum. Sona 12 saniyə qalmış onlar hesabı bərabərləşdirdilər və nəticədə biz vəsiqə qazana bilmədik. Həmin vaxt seçmə mərhələnin qalibi həm dünya, həm də Avropa çempionatının final mərhələsinə yüksəlirdi. Heyif ki, Qvatemalada təşkil olunan mundialda iştirakı son 12 saniyədə qaçırdıq. Ümumiyyətlə, həmin vaxt ancaq qrup qalibləri final mərhələsinə vəsiqə qazanırdı. Bu hüququ da adətən qrup oyunlarına ev sahibliyi edənlər əldə edirdi. Biz əksər hallarda qrupda ikinci yeri tuturduq. Həm də reytinq cədvəlində aşağı pillələrdə qərarlaşdığımıza görə, mübarizəyə ilkin mərhələdən start verirdik. Tədricən xallar yığa-yığa dördüncü səbətdən ikinci səbətə yüksəldik. 2010-cu ildən başlayaraq isə seçmə mərhələni ikinci pillədə başa vuran komandalar da AÇ-nin həlledici mərhələsinə yüksəldilər.
UEFA kubokunda isə ilk dəfə “Turan AİR”lə təmsil olunmuşuq. Həmin vaxt Ermənistan çempionu “Araks”la bir qrupda yer almışdıq. İlk dəfə idi ki, komanda idman növündə onlarla qarşılaşırdıq. 5:3 hesablı qələbə qazandığımız görüşdə 2 qol vurdum. Bir də milli komanda ilə DÇ-2008-in seçmə oyununda erməniləri 9:1 hesabı ilə darmadağın etdiyimiz qarşılaşmanı qeyd edərdim.
- Kimlərlə meydanda daha yaxşı anlaşırdın və ya əksinə, kimlərlə sözün, oyunun uyğun gəlmirdi?
- 1994-cü ildən futzal oynamağa başladım. 1995-ci ildə “Neftçi”də olanda baş məşqçimiz Fazil Qarayev idi. Rüfət Məmmədov, İbrahim Həsənov, Vahid Həmişov və mən bir “dördlük”də yer alırdıq. 1998-ci ildə “Azneftyanacaq”da oynayanda Mahir və Nürəddin Eyniyevlərlə, millidə Allahverdi Babayev, Natiq Məmmədkərimovla oynamaq çox rahat idi. Bizim dövrdə futzal elə də inkişaf etməmişdi, bu qədər standart vəziyyətlər yox idi. Özümüz oyun gedə-gedə bir-birimizə deyirdik ki, sən ora qaç, ötürməni bura ver və qol vururduq. Yəni futzal indi taktiki və “ev tapşırıqları” baxımından çox inkişaf edib. Oyunumuz alınmayan futzalçılar da var idi. Rəşadət Allahverdiyev var idi, yaxşı futzalçı idi, sadəcə bir-birimizi başa düşə bilmirdik. Ona görə də onunla mən fərqli “dördlük”də çıxış edirdik.
- Bildiyim qədəri ilə güləşçi olmusan. Güləşçi Agatahir Əzimov sonra fikrini niyə dəyişdi və futzalçı oldu?
- 13 il güləşlə məşğul olmuşam. Futzala 20 yaşımda gəlmişəm. Bir dəfə 44 saylı məktəbin həyətində məhəllə-məhəlləyə futbol oynayırdıq. Rəhmətlik Oqtay Heybətov məni və qardaşımı futbol məşqlərinə dəvət etdi, yoxladı, dedi, futbola keçin, sizə maaş veriləcək. Həmin vaxt güləş müəllimi işləyirdim. Təsəvvür edin, 54 tələbəm var idi, ayda 2 dollar maaş yazırdılar, heç onu da almırdım. Çünki o pulla dolanmaq mümkün deyildi. Deyirdilər ki, məşqə gələn uşaqlardan pul yığ, denən, qurum özü-özünü maliyyələşdirir. Mən də yığmırdım, havayı işləyirdim. Oqtay müəllimin təklifini də qardaşıma görə dəyərləndirdim. Onun təkidi ilə getdik futbola və o vaxtda oldum futzalçı.
- Güləşlə məşğul olmağın futzalda nə kimi müsbət və mənfi təsirini gördün?
- Fiziki baxımdan bütün oyunçulardan ikibaş üstün idim. Düzdür, futzalı başlanğıcda təcrübəlilərdən zəif oynayırdım. Amma gücüm çox idi. Təsəvvür edin, “stolb” oynayan zaman rəqibin iki futzalçısı məni yerimdən tərpədə bilmirdi. Zərbəm o qədər güclü idi ki, hər oyunda bir neçə qol vururdum, amma təcrübəlilərin də dediklərinə qulaq asır, tətbiq edəndə də görürdüm ki, nəticə yaxşıdır. Belə-belə artırdım.
- Heç olubmu ki, deyəsiniz ki, kaş güləşdə qalaydım, orada daha yaxşı nəticə verə bilərdim?
- Güləşlə məşğul olduğum illər SSRİ dövrünə düşürdü. SSRİ birinciliyinə düşmək üçün də o qədər mərhələ adlamalı idin ki... Əgər Azərbaycan adından yarışmaq imkanımız olsaydı, uğur qazanmaq qaçılmazdı. Yəni indi Azərbaycan çempionu olmaqla millinin heyətinə düşür, dünya, Avropa çempionatına yollanmaq imkanı qazanırsan. Bizim vaxtımızda situasiya, şərait bu cür olsaydı, Azərbaycan adına daha çox faydam dəyərdi. Pis güləşmirdim. Sadəcə, futzala gəldim, burada həm oyunum alındı, həm də normal pul qazandım. Ona görə də qaldım futzalda, daha güləş haqda düşünmədim.
- Sən oynayan vaxt yerli və özünü yaxşı tərəfdən göstərən futzalcılar çox idi. Belədə seçilmək, milli komandaya qədər yüksəlmək və kapitan seçilmək çətin olmadı?
- Biz yeni-yeni başlayan vaxt həqiqətən də yerli oyunçular arasında güclülər çox idi. Seçim üçün baş məşqçi 30-a yaxın futzalçı dəvət edirdi. Onlardan 4-5 nəfəri var idi ki, bilirdin ki, bunlar dəqiq heyətdə yer alacaqlar. Qalan 6-7 yer üçün rəqabət aparırdıq. Həmin vaxt milliyə cəmi 12 nəfərlik yer verirdilər. Yer az olduğuna görə, güclü oyunçuların bir neçəsi kənarda qalırdı. Kapitanlığa gəldikdə, İbrahim Həsənov, Mahir Eyniyev kimi oyunçular məndən əvvəl sarğını daşıyıb. Onlardan sonra kapitan mən oldum.
- Eşitdiyimə görə, kapitanı komanda üzvləri səsvermə yolu ilə seçirdilər. Buna görə də bir neçə qruplaşma yaranmışdı...
- Doğrudur, kapitanı heyət üzvləri seçirdi. Bir-iki nəfər var idi, öz təbliğatını aparırdı, ona səs verməklərini xahiş edirdi. Çalışmışam, hər şey ədalətli olsun. Heç vaxt kiməsə deməmişəm ki, məni kapitan seç. Bir dəfə kapitanlıqla bağlı o qədər söz-söhbət oldu ki, axırda uşaqlar sözləşdi ki, gəlin zarafata heyətimizdə olan ən gənc futzalçının adını yazaq. Fazil Qarayev kağızları oxuduca gördü ki, hamı 18-19 yaşlı Calal Məmmədova səs verib.
- Qüvvətli zərbələrinizdən danışdınız. Sizi dayandıran müdafiəçi, zərbənizi dəf edən qapıçı olmayıb?
- Futzala yeni gələndə oyunları yüngül toplarla (№4) oynayırdıq. Güclü oyun oynamırdım, amma zərbələrim çox qüvvətli idi, top havada olanda trayektoriyasını dəyişirdi deyə, reaksiya göstərmək qapıçılar üçün çətin olurdu. 1995-ci ildən topları dəyişdirdilər, indiki ağır toplarla oynadıq. Güclü qapılarımız var idi, amma mənə görə bu siyahıda ilk pilləni uzun müddət millinin də qapısını qorumuş Rauf Hüseynov tuturdu. Müdafiəçilərdən Nürəddin Eyniyevi, İlqar Aslanovu, Nəsimi Nuriyevi keçməkdə çətinlik çəkirdim. Zərbələrim güclü olduğuna görə, çox vaxt onları keçməyə ehtiyac olmurdu, uzaqdan zərbə endirirdim. Ona görə də iştirak etdiyim turnirlərin əksəriyyətində adətən bombardir olurdum.
Mahal Şahniyar

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- “Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- “Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- “Neftçi" "Hapoel"lə heç-heçə etdi
- UEFA “Qarabağ”ın “Ferentsvaroş”la oyunlarının vaxtını açıqladı
- “Şkendiya”nın baş məşqçisi: “Qarabağ”a mütləq hörmətlə yanaşmalıyıq”
- Elxan Məmmədov “Araz-Naxçıvan”ın qələbəsinə şahidlik etdi
- Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünün püşkü atılıb
- Elmar Baxşıyev: "Günü-gündən yaxşılığa doğru gedirik"
- “Araz-Naxçıvan”ın “Omoniya” ilə oyunlarının vaxtı bilindi
- Rüfət Abdullazadənin menecerindən Firuz Abdullaya minnətdarlıq
- Freddi Varqas rəsmən “Neftçi”də
-
19:46
Vitsel İspaniyada qaldı
-
19:21
Azərbaycanı dünya çempionatında 15 cüdoçu təmsil edəcək
-
18:30
Sabiq “Səbail”li vətəninə qayıtdı
-
17:54
"Liverpul"da 40 milyon avroya müdafiəçi transfer edir
-
17:13
Bakı klubu iki serbiyalını heyətinə qatıb
-
16:47
Naxçıvanda UEFA C kursunun ikinci mərhələsi keçirilir
-
16:28
“Qarabağ” ÇL-də bu mövsüm ən çox qol vuranlar arasındadır
-
16:00
Zubir: “Ferensvaroş”u keçmək üçün əlimizdən gələni edəcəyik”
-
15:32
Millimizin futbolçusu Rusiyada yenidən turun rəmzi yığmasında
-
15:15
UEFA reytinqi: Azərbaycanın xal ehtiyatı artdı
-
14:51
Azərbaycanlı hakim Avropa çempionatında
-
14:24
“Şkendiya”nın kapitanı: “Qarabağ” bizdən güclü idi”
-
14:06
“Karvan” qapı xəttinə də legioner cəlb etdi
-
13:39
Azərbaycanın Paralimpiya çempionu reytinq cədvəlində liderliyini davam etdirir
-
13:23
Bentse Etvoş: “Qarabağ” məğlubedilməz deyil”
-
13:08
Azərbaycanlı hakim Türkiyə millisinin oyununa təyinat alıb
-
12:42
"Sumqayıt" mövsümün ilk oyununa hazırlaşır VİDEO
-
12:17
Szalai Qabor: “Qarabağın çox güclü rəqib olduğunu görmüşdük”
-
11:55
Kevin Medina: “Belə alınacağını qətiyyən gözləmirdik”
-
11:26
"Ferensvaroş" "Qarabağ"a belə rəqib oldu VİDEO
-
11:09
Azərbaycan çempionatları tarixinin bombardirlərinin siyahısı
-
10:51
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:35
Peşəkar Futbol Liqasından II Liqa klublarına dəstək
-
10:14
ÇL: "Araz-Naxçıvan"ın iki oyunu üçün təyinatlar açıqlanıb
-
10:00
Leandro Andrade: “Fikirləşmirik ki, 1:0 hesabı ilə qalib gələcəyik, yaxud 5:0”
-
09:53
"Ferensvaroş"un baş məşqçisi: "Qarabağ"dan danışdı
-
09:27
"Fənərbaxça" "Feyenoord"a 5 qol vurdu VİDEO
-
09:08
Tahir Gözel: "İnşallah, “Liverpul”u, PSJ-ni Bakıda görəcəyik”
-
08:42
Balaəli “Qarabağ”ın qələbəsindən danışdı: “Komanda bu il ÇL-də daha da irəli gedəcək”
-
00:36
UEFA “Qarabağ”ın “Ferentsvaroş”la oyunlarının vaxtını açıqladı
-
00:21
"Qarabağ"dan 5 qollu qələbə VİDEO
-
00:09
“Qarabağ”ın pley-offdakı rəqibi bilindi
-
23:00
Qurban Qurbanov: “Azərbaycanlıların dediyi söz, tənqid çox xoşdur”
-
22:53
AFFA prezidentindən təbrik
-
22:21
"Şkendiya"nın baş məşqçisi: "Qarabağ" qələbəyə layiq idi"
-
21:45
"Qarabağ" ÇL-in pley-offunda!
-
20:37
“Neftçi” yeni əməkdaşlıq müqaviləsi imzaladı
-
19:16
Tahir Gözel “Şkendiya”nın sahibi ilə görüşdü
-
18:42
“Tofiq Bəhramov”da fan-zona yaradıldı FOTOLENT
-
17:54
"Bayer" yarımmüdafiəçi transfer etdi
-
17:03
"Araz-Naxçıvan" Nikosiyadadır
-
16:49
"Qarabağ" - "Şkendiya" oyununa 25 min bilet satılıb
-
16:37
“Neftçi”nin açıq məşqi olacaq
-
16:25
Qəbələdə boks hakimləri üçün seminar keçirilib
-
15:51
Sabiq "Qalatasaray"lı yenidən Türkiyə klubunda
-
15:40
Azərbaycanda II dərəcəli güləş hakimlərinin sayı 8-ə çatıb
-
15:18
“Sumqayıt” - “Kəpəz” oyununun biletləri satışda
-
14:32
"Neftçi"nin “Palms Sports” Futbol Mərkəzinin yeni görünüşü VİDEO
-
14:04
Beynəlxalq Cüdo Federasiyası Akademiyasının Bakıda daha bir seminarı baş tutub
-
13:59
Millimiz Monteneqro ilə qarşılaşacaq
13.08.2025
12.08.2025













