13 Avqust 2025, Çərşənbə
“Qarabağ”ın pley-offdakı rəqibi bilindi
AFFA prezidentindən təbrik
"Qarabağ" ÇL-in pley-offunda!
"Araz-Naxçıvan" Nikosiyadadır

Ölkə futbolu

"Araz-Naxçıvan" təlim-məşq toplanışına başladı

Qış fasiləsindən maksimum faydalanmağa çalışan “Araz-Naxçıvan” bu gündən təlim-məşq toplanışına başlayıb.

Futbolxeber.az saytının klubun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hazırlıq prosesində istirahətlə əlaqədar ölkəsinə yollanmış legionerlər də iştirak edir.

Yanvarın 12-dək davam edəcək hazırlıq prosesi zamanı futbolçular gün ərzində 2 məşq keçəcəklər. Səhər fitnes zalda çalışacaq komanda üzvləri ikinci hazırlığı stadionda reallaşdıracaq.

Qeyd edək ki, komanda hazırlıq prosesi çərçivəsində 2 yoxlama oyunu keçirəcək. Yanvarın 9-da, saat 15:00-da “Kapital Bank Arena”da “Sumqayıt”la üz-üzə gələcək “qırmızı-ağlar” 2 gün sonra “Səbail”lə gücünü sınayacaq. İkinci matçın məkanı və başlama saatı barədə əlavə məlumat veriləcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31