Ölkə futbolu
Qurban Qurbanov: "Psixoloji yorğunluğu aradan qaldırmaq çətindir"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Neftçi"yə 3:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bildirib.
Futbolxeber.az saytının məlumatına görə, o, matçdan sonra keçirilən mətbuat konfransında deyib: "Futbolçularımı təbrik edirəm. Vacib qələbə idi. İstəyirdik ki, yaxşı oyun oynayaraq qələbə qazanmaq. Birinci hissədə futbolçulardan tam razı qalmadım. Amma İkinci hissədə daha düzgün, aktiv oynadılar. Yaxşı atmosfer var idi. Həmişə deyirəm ki, Bu stadionda yaxşı futbol ab-havası olur. Hər iki komandanın azarkeşlərinə təşəkkür edirəm ki, bu oyuna fərqli yanaşırlar. Samir Abasova və "Neftçi"yə uğurlar arzulayıram".
Mütəxəssis fasilədə etdiyi əvəzləmələrdən də danışıb: "Romao zədə aldı. Ağrısı çox oldu. Durumu ciddi ola bilər. Sabah biləcəyik. Şiş çox idi. Elvinə gəldikdə, ikinci sarı vərəqəyə görə ehtiyat etdik. Birincini vərəqəni çox sadə epizodda aldı".
Q. Qurbanov futbolçusu Leandro Andradeyə verilən sarı vərəqədən də söz açıb: "Onlar orada azarkeşlərə heç nə etmirdilər. Onlar həmişə bu cür şəkil çəkdirirlər. Dəfələrlə Andrade və Medina elə şəkil çəkdirib. Hakimə bildirdim ki, mümkün deyil ki, azarkeşlərə nəsə etsin. Özü də, kim-kim, Leandro. Onu heç danışdırmaq olmur. Sanki Elçin Məsiyev (dördüncü hakim - red.) də bunu qəbul etdi. Bəlkə də, normal qərar verildi".
O, futbolçuları Nəriman Axundzadə və Musa Qurbanlının oyununu da qiymətləndirib: "İkisi də pis çıxış etmədi. Nəriman qol vurdu. Musa da xeyli qol epizoduna girdi. Onların daha yaxşı olması üçün gərək oyun sayları çox olsun. Bizim qrafikimiz elədir ki, bəzi oyunçuları maksimum istifadə edə bilmirik. Belə bir komandaya qarşı və sürətli oyunda ikisindən də razı qaldım".
Mütəxəssis heyətdə edilən rotasiyalardan da danışıb: "Oyuna ciddi hazırlaşmışdıq. "Neftçi"yə qarşı oynayırdıq. Azarkeşləri də düşünməliyik. Onlar aktiv futbol görməlidirlər. Avrokuboklar oyunlarından əvvəl daha çox plan qururuq. Amma hazır olan futbolçunu çalışırıq ki, daha çox meydana buraxaq. Bəzi oyunçular "Lion"la matçda çox yorulmuşdu. Hətta baxmayaraq ki, həmin oyunda Kevin Medinanın fiziki göstəriciləri ən yüksəkdə olanlardan idi, özünü yaxşı hiss edirdi deyə oynadı. Ya onu, ya da Bəhlul Mustafazadəni oyuna buraxmalı idim. Amma nəzərə alırıq ki, Bəhlul millidə də oyunlar keçirib. Ona görə onun üzərinə daha çox yük düşüb".
Q. Qurbanov qarşıda olan çoxsaylı oyunlardan da söz açıb: "Hazır olmağa məcburuq. Başqa çıxış yolumuz yoxdur. Belə olanda, komandanı bəzən istədiyin optimal formada saxlaya bilmirsən. Məşqlərin keyfiyyəti futbolda çox önəmlidir. İki ay normal 22-23 futbolçu ilə 4-5 məşq etməyimiz yadıma gəlmir. Çünki sıx qrafik var. Neçə illərdir ki, bu proses davam edir. Futbolçular üçün çətin olsa da, işləyirik. Fiziki yorğunluğu aradan qaldırmaq olur. Psixoloji yorğunluq isə çətindir. Başqa variantımız yoxdur. Hazır olmalıyıq".
O, futbolçusu Şahruddin Məhəmmədəliyevin zədəsinin sağaıdığını qeyd edib: "Artıq 4-5 məşqdir ki, komanda ilə məşq edir. Tam bərpa olunub. Qarşıdakı matçlarda olacaq. Limit lazım olanda, ondan mütləq istifadə edəcəyik. Qışa qədər bəlkə 1-2 matçda oynamasına şərait yaratmaq olar".
Mütəxəssis Azərbaycan kuboku çərçivəsində keçiriləcək "Qəbələ" ilə oyundan da danışıb: "Ən təhlükəli oyunlar elə bu oyunlar olur. Mən tam ciddiyəm, tam məsuliyyətli yanaşıram. Futbolçularda nə qədər desək də, motivasiya aşağı ola bilər. Qəbələdə oynamaq iqlim baxımından futbolçulara çətinlik yaradıb. Kaxaber Sxadadze də oradadır. Kubok ən narahat olduğum turnirlərdən biridir. Ciddi hazırlaşacağıq. Futbolçuların durumuna baxacağıq".
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- 19 illik rəqabətin növbəti hissəsi: “Turan Tovuz”un adı gənc futbolçularımız üçün motivasiyadır”
- Azər Bağırovdan qələbə şərhi
- “Neftçi”nin legioneri: “Bu, penaltidirsə, mən futbolla vidalaşaram”
- AFFA-dan hakimlərə xüsusi tapşırıq - ÖZƏL
- “Sabah”ın qolunu alqışlayan AFFA-nın vitse-prezidenti... - TƏƏSSÜRAT
- Türkiyə mətbuatı: "Abubakarı əvvəl “Beşiktaş”a aparmışdı, indi “Neftçi”yə..."
- Azərbaycan millisinin qrupunda 12:0 hesabı
- “Qurban olum, Qurban hocaya”
- Zidan hazırda ən çox bəyəndiyi 3 futbolçunun adını açıqladı
- Osihmen “Neftçi”nin futbolçusunun arzusunu puç etdi
- Bakı Olimpiya Stadionunun son durumu - “Qarabağ” burada necə oynasın?
- “Neftçi” transfer bombasını partladır: Abubakar bu gün gəlir!
- İmad Faraj: “Hakimlər hər tur “Neftçi”ni “öldürürlər”
- Pərviz Qaraxanov: “Çempionluq yolunda qələbə bizim üçün vacib idi”
- “Zirə” legioneri ilə yollarını ayırdı
-
20:45
Emin Mahmudov: “Abubakar məşqə hamıdan birinci gəlir, axırıncı gedir”
-
20:00
De Brüyne "Qarabağ"a qarşı oynamayacaq
-
19:17
IJF: “Azərbaycan 2026-cı ildə yenidən dünya cüdosunun paytaxtı olacaq”
-
18:51
Siyasət Əsgərov: “Qızlar xarakter göstərdilər”
-
18:24
Boks üzrə Naxçıvan birinciliyinə start verilib
-
17:32
“Yuventus” Tudoru qovdu
-
17:19
Voleybol millimiz İslam Həmrəyliyi Oyunlarının hazırlığına başlayıb
-
17:00
PFL rəsmisi: “Bu müqavilə Azərbaycan futbolu üçün yeni mərhələdir”
-
16:45
U-17 millimiz yenə darmadağın oldu
-
16:33
Millimiz Qazaxıstana qalib gəldi
-
15:58
PFL və “Avrora Qrup” arasında əməkdaşlıq müqaviləsi imzalandı FOTOLENT
-
15:26
Karateçilərimizdən 8 medal
-
15:07
Trek velosipedi üzrə Azərbaycan çempionatının mükafatçıları müəyyənləşib
-
14:14
Ceyhun Nuriyevin 100-cü oyunu
-
13:52
Millimizin İslam Həmrəyliyi Oyunlarındakı görüşlərinin təqvimi
-
13:40
Azərbaycan Kuboku üçün yeni sponsor
-
12:21
Kubok oyunçuları üçün hakim təyinatları
-
12:09
"Qəbələ"nin 200-cü məğlubiyyəti
-
11:53
"Kəpəz"dən uğursuz yubiley
-
11:35
Patrik Andrade üçün əlamətdar oyun
-
11:16
Dioqo Balou: “Azərbaycanda oynayıramsa, “Qarabağ”ın həmin qələbəsinə sevinməliyəm”
-
10:48
"Arsenal" 3 xalı tək qolla qazandı VİDEO
-
10:27
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:12
"Beşiktaş" səfərdə büdrədi VİDEO
-
09:54
Qəbələdə bədii gimnastika üzrə "Grace of Nature" turniri keçirilib
-
09:31
"Yuventus" "Latsio"ya məğlub oldu VİDEO
-
23:00
"El-Klasiko"nu "Real" qazandı VİDEO
-
22:36
Qurban Qurbanov: “Xarici hakimlərə ehtiyacımız yoxdur”
-
21:49
"Qarabağ" öz meydanında büdrədi VİDEO
-
20:22
“Neftçi”dən qələbə, "Qarabağ" xal itirdi
-
19:13
"Neftçi" istəyinə ikinci hissədə çatdı VİDEO
-
18:51
Abubakar debütunu şərh etdi: "Xoşbəxtəm ki, "Neftçi" kimi böyük kluba gəlmişəm"
-
18:34
Samir Abasovdan qələbə şərhi
-
17:40
Abubakardan möhtəşəm debüt: 10 dəqiqəyə 1 qol, 1 məhsuldar ötürmə VİDEO
-
17:28
“Qarabağ” - “Şamaxı”: Heyətlər müəyyənləşdi
-
16:37
“Gəncənin futbol əfsanələri” şurası yaradılıb
-
15:58
Azərbaycan boksçuları Avropa çempionatını 8 medalla başa vurub
-
15:26
“Neftçi” “Qəbələ” önünə ciddi itki ilə çıxır
-
15:12
Ababukarın dübutu bu gün reallaşa bilər
-
15:04
"Qəbələ" - "Neftçi": Heyətlər açıqlandı
-
14:45
Ümumdünya Antidopinq Agentliyinin nümayəndə heyəti Azərbaycanda səfərdə olub
-
14:23
Millimizin üzvü oynadı, komandası qalib gəldi
-
14:00
“Turan Tovuz”un kapitanı: “Belə düşünsən, səni cəzalandıracaqlar”
-
13:38
"Mançester Yunayted"dən 4 qollu qələbə VİDEO
-
13:15
"Araz-Naxçıvan"ın müdafiəçisi əməliyyat olundu
-
12:41
"Napoli" "İnter"i məğlub etdi VİDEO
-
12:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:07
"trabzonspor"un qələbəsi VİDEO
-
11:50
Patrik Andrade: “Bu bir xal bizim üçün çox vacib idi”
-
11:36
"Liverpul" yenə uduzdu VİDEO
27.10.2025
26.10.2025























