1 Noyabr 2025, Şənbə
"Qarabağ" "İmişli"yə qalib gəldi
X turun hakim təyinatları açıqlandı
Millimiz Banqladeşə gedir
"Kəpəz" 10 min manat cərimələndi

Ölkə futbolu

Vadim Vasilyevin müalicə müddəti daha bir il uzadılıb

Azərbaycan millisinin sabiq hücumçusu Vadim Vasilyevin müalicə müddəti daha bir il uzadılıb.
 
Futbolxeber.az saytının məlumatına görə, bu barədə “Report”a bir müddət əvvəl insult keçirən veteran futbolçu özü deyib.
 
O, dərmanlarla təmin olunsa da, maddi cəhətdən dəstək görmədiyini və bu səbəbdən iş axtardığını bildirib:
 
“Hər gün xəstəxanaya gedirəm, tok müalicəsi alıram, idman edirəm. Həkimlər ən azı daha bir il bərpa prosesi keçməli olduğumu deyiblər. Dərmanlar içirəm. Xəstə adamam, kimdir mənə iş verən? Heç kim maraqlanmır, təklif etmirlər. Dərmanlarımı almaqda Heydər Əliyev Fondu kömək göstərir. Ancaq maddi dəstək yoxdur, işləmək istəyirəm”.
 
Qeyd edək ki, 52 yaşlı veteran futbolçu 1999-2003-cü illərdə Azərbaycan yığmasında çıxış edib və 33 oyunda 2 qol vurub.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30