27 Oktyabr 2025, Bazar ertəsi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”
"Avrokuboklar rekorduma təəccübləndim”

Ölkə futbolu

Samir Abasov: "Artıq komandada bəzi addımları atmağın vaxtıdır"

"Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar. Taktiki mübarizədən onlar qalib ayrıldı. Bütün mübarizələri uduzduq, hücumda oynaya bilmədik. Bir neçə oyundur, belədir". 
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 7-ci turunda "Zirə"yə 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.
 
"Artıq komandada bəzi addımları atmağın vaxtıdır. Ha düşünürsən ki, gələn oyun düzələr, yox. Yaxşı günlər yaşamırıq. Dörd turdur, uduzuruq. Komandanı necə düzəldəcəyik… danışmaq da çətindir. Toparlanmalıyıq demək də çətindir. Fikirləşirəm ki, komanda daxilində iş görmək lazımdır, sərt olacaq, amma belə rahatlıq olmalı deyil" - deyə o bildirib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31