24 Oktyabr 2025, Cümə
“Səbail” qələbəni əldən verdi
"Qarabağ" "Atletik"ə məğlub oldu
Abubakar rəsmən “Neftçi”də
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

Dünya reytinqi: "Zirə"dən sıçrayış, "Qarabağ" geriləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) sentyabr ayı üçün klubların dünya reytinqini elan edib.
 
Futbolxeber.az saytının məlumatına görə, siyahıda 500-dən çox klubun adı var. Onların sırasında Azərbaycandan 4 komanda da yer alıb: "Qarabağ", "Zirə", "Sabah" və "Neftçi". 
 
Azərbaycan klublarından ötən ay yalnız "Zirə" irəliləyişə nail olub. 
 
Ən yaxşı göstərici isə əvvəlkitək "Qarabağ"a məxsudur. Ağdam təmsilçisi 52-ci yeri tutur. Lakin onlar avsqust ayı ilə (34-cü yer) müqayisədə 18 pillə geriləyiblər.
 
"Zirə" isə düz 69 pillə irəliləyərək 280-cı yerdən 211-ci yerə yüksəlib. Bunda komandanın ötən ay Konfrans Liqasında qazandığı qələbələr əsas rol oynayıb.
 
"Sabah" 382-ci yerdən 428-ci yerə düşüb (46 pillə geriləmə).
 
"Neftçi"yə gəlincə, Bakı təmsilçisi də mövqeyini itirib. Avqustda 431-ci olan komanda indi 482-ci yeri tutur (51 pillə geriləmə).
 
Dünya reytinqinə lideri isə əvvəlkitək "Real" Madriddir. "Mançester Siti" 2-ci, "Bayer" isə 3-cü yeri tutur.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31