21 Oktyabr 2025, Çərşənbə axşamı
IX turun hakim təyinatları açıqlandı
“Neftçi” 9700 manat cərimələndi
“Qarabağ” İspaniyaya yollandı
"Qəbələ"dən hakimlərə etiraz

Ölkə futbolu

Samir Əliyev: "Uşaqlar döyüşdülər"

“Belə məğlubiyyətdən sonra danışmaq bir az çətindir. Uşaqlar meydanda əllərindən gələn hər şeyi etdilər, döyüşdülər, yetərincə qol vəziyyətləri yaratdıq”. 
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Samir Əliyev Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Serbiyaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib. 
 
Mütəxəssis penaltini Nəriman Axundzadənin yerinə yetirməsi barədə bunları söyləyib: “Lüksemburqla oyunda da penaltini Nəriman yerinə yetirmişdi. O, daha təcrübəlidir. Həm avrokuboklarda, həm çempionatda daha çox şans qazanır. Futboldur. Yerinə yetirə bilmədi, məyusuq. Qol vursaydı, daha da ruhlanardıq, davamı gələ bilərdi. Amma olmadı. Əsas olan odur ki, futbolçular meydanda döyüşdülər və göstərdilər ki, futbol oynaya bilirlər. Çox bəhanələr axtarmaq istəmirəm”. 
 
S.Əliyev gənc futbolçuların Premyer Liqada az oynamasını belə şərh edib: “Gənclərə şans vermirlər. Futbolçular Premyer Liqada 90 dəqiqə oynasalar, yaxşı olar. Bizim vaxtımız az olur. 2-3 aydan bir yığışırıq. Futbolçular Premyer Liqada oynamayanda belə əziyyət çəkirik. Daha dərin problemlər var”. 
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31