25 Oktyabr 2025, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
“Səbail” qələbəni əldən verdi
"Qarabağ" "Atletik"ə məğlub oldu
Abubakar rəsmən “Neftçi”də

Ölkə futbolu

"Qarabağ" ilk dəfə "EAFC 25"də

“Qarabağ” məşhur futbol simulyatoru olan “EAFC 25”də yer alacaq.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, Azərbaycan təmsilçisi “EA Sports” şirkəti tərəfindən hazırlanan oyunda “Rest of World league” (Digər dünya liqaları) bölməsində fərdi formada təmsil olunacaq. 

“EA Sports FC 25” “Electronic Arts” tərəfindən istifadəyə verilən yeni futbol simulyasiya oyunudur. Bu, “EA Sports FC” seriyasının ikinci, ümumilikdə isə 32-ci buraxılışı olacaq.

Oyunun 27 sentyabr 2024-cü ildə dünya üzrə oyun həvəskarlarının ixtiyarına verilməsi planlaşdırılır. Əlavə olaraq, öncədən sifariş edənlər üçün oyun 20 sentyabr tarixində “Nintendo Switch”, “PlayStation 4”, “PlayStation 5”, “Windows”, “Xbox One” və “Xbox Series X/S” platformalarında əlçatan olacaq.

Xatırladaq ki, “Qarabağ” adıçəkilən futbol simulyatorunda yer alan ilk Azərbaycan klubudur.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31