25 Oktyabr 2025, Şənbə
Kurban Berdıyevdən qələbə şərhi
“Səbail” qələbəni əldən verdi
"Qarabağ" "Atletik"ə məğlub oldu
Abubakar rəsmən “Neftçi”də

Ölkə futbolu

3 klub cərimələndi, "Zirə"yə xəbərdarlıq edildi

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolxeber.az-ın PFL-n saytına istinadən verdiyi məlumata görə, 30 avqust 2024-cü il tarixində Azərbaycan Premyer Liqasının V turunun “Sumqayıt” - “Araz Naxçıvan” oyununda qonaqların 5 futbolçusu sarı vərəqə aldığına görə Naxçıvan klubu 700 manat cərimə edilib.

31 avqust 2024-cü il tarixində Azərbaycan Premyer Liqasının V turunun “Şamaxı” - “Neftçi” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə Şamaxı təmsilçisi 800 manat cərimə olunub.

31 avqust 2024-cü il tarixində Azərbaycan Premyer Liqasının V turunun “Kəpəz” - “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə Gəncə klubu 800 manat cərimə edilib.

1 sentyabr 2024-cü il tarixində Azərbaycan Premyer Liqasının V turunun “Zirə” - “Qarabağ” oyununun 29-cu dəqiqəsində meydan sahiblərinin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Zirə” klubuna xəbərdarlıq edilib. 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31