12 Oktyabr 2025, Bazar günü
U-17 millimiz darmadağın oldu
AFFA Santuşa təzminat ödəyib
Millimiz Fransaya uduzdu
U-21-dən biabırçı məğlubiyyət

Ölkə futbolu

"Qarabağ"ı seçməyimdə bir nömrəli amil Qurban Qurbanovdur"

"Qarabağ"ın yarımmüdafiəçisi Aleksey Kaşuk Ukrayna mətbuatına danışıb.

Futbolxeber.az saytının məlumatına görə, “sport.ua” portalına danışan ukraynalı futbolçu seçimini Ağdam klubunun xeyrinə etməsi haqda bunları deyib:

"Qarabağ"ı seçməyimdə bir nömrəli amil Qurban Qurbanovdur. Çox uzun müddətdir burada çalışan və komandanı Çempionlar Liqasının, Avropa Liqasının pley-off mərhələsinə çıxaran məşqçidir. O, futbolçuları necə inkişaf etdirmək lazım olduğunu bilir. İkinci amil müqavilənin təfərrüatlarıdır. Söhbət təkcə şəxsi şəraitdən deyil, həm də bənddən gedir. Elə yazılıb ki, gələcəkdə Avropa klubları “Qarabağ”a adekvat qiymətə təklif verə biləcək. Üçüncü amil – mən artıq bu çempionatda və bu ölkədə oynamışam. Uyğunlaşmışam. Buna görə də “Qarabağ” indi peşəkar futbola tam qayıtmaq və özünü avrokuboklarda göstərmək imkanı əldə etmək üçün ən yaxşı həll yoludur".

Ukraynanın “Şaxtyor” (Donetsk) klubu ilə müqaviləsi bitdikdən sonra azad agent statusu daşıyan Aleksey Kaşukla 3 illik müqavilə imzalanıb.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31