Ölkə futbolu
“Qarabağ”ın yeni transferi ilk dəfə “Futbolxeber”ə danışdı
“Qarabağ”ın yeni transferlərindən olan Emmanuel Addainin Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının V turunda “Zirə”yə qarşı oyunda “Qarabağ”ın heyətində debüt etdiniz. Təəssüratlarınız necədir?
- Əla. Çox maraqlı qarşılaşma alındı. Stadionda da gözəl atmosfer var idi. Hər iki komanda gözəl oyun sərgilədi. Komandamız vacib 3 xal qazandı.
- Debüt oyununda yeni klubunuzda qol hesabını açdınız...
- Buna görə çox şadam. Çalışacağam ki, qarşıdakı matçlarda da vurduğum qollarla komandamın uğurlarında pay sahibi olum.
- Uğurlu debütunuzu nəzərə alaraq demək olar ki, adaptasiyanız yaxşı keçir?
- Elədir. Amma daha çox çalışmalıyam. Bir qədər zamana ehtiyac var ki, baş məşqçinin taktikasına daha yaxşı uyğunlaşım. Qurban Qurbanovun meydandakı istəklərini daha yaxşı yerinə yetirmək üçün əlimdən gələni edəcəm.
- “Qarabağ”la, Azərbaycan Premyer Liqası ilə bağlı düşüncələrini nədir?
- Yaxşı komandamız var. Çempionatın da səviyyəsi yaxşıdır. Bu, dərhal hiss olunur. Komandamızda yüksək səviyyəli futbolçular cəmləşib. İnanıram ki, yaxşı mövsüm keçirə biləcəyik.
- Artıq UEFA Avropa Liqasındakı rəqiblər məlumdur. Onları necə dəyərləndirərdiniz?
- Rəqiblərimizdən bəziləri Avropanın TOP klublarıdır. Xüsusən də “Tottenhem”, “Lion” və “Ayaks”ı qeyd etmək olar. Bizi bu kollektivlərə qarşı çox maraqlı oyunlar gözləyir. Lakin “Qarabağ” da Avropada TOP klubdur. Buna görə də inanıram ki, hər şey bizim üçün yaxşı olacaq. Rəqiblərin ad-sanından çəkinməyərək istənilən rəqibə qarşı mübarizə aparmaq olar.
- “Qarabağ” ötən mövsüm Avroliqada 1/8 finala kimi irəlilədi. Bu mövsüm də eyni nəticəni təkrarlamaq nə dərəcədə realdır?
- Bu, mümkündür. Mən komandama inanıram. “Qarabağ” yenə Avroliqada 1/8 finala qədər irəliləyəcək gücdədir.
- “Qarabağ”ın ötən mövsüm Avropada böyük marağa səbəb olan “Braqa” və “Bayer”lə oyunlarını izləmisiniz?
- “Braqa” yox, amma “Bayer”lə matçları izləmişəm. Xatırlayıram ki, “Qarabağ” ilk matçda 2:0 öndə idi. Təəssüf ki, bu üstünlüyünü sona qədər qoruya bilmədi. Səfər matçında isə son saniyələrdə uduzdu.
- Azərbaycana gəlməmişdən öncə “Qarabağ”dan, yaxud digər klublarımızdan şəxsən tanıdığınız futbolçular var?
- Yalnız daha əvvəl “Qarabağ”da çıxış etmiş Kvabena Ovusunu tanıyıram. Lakin ümumi götürdükdə, dediyim kimi, “Qarabağ” haqda məlumatım var idi. Bilirəm ki, bu komanda hər il avrokubokların qrup mərhələsində oynayır.
İbrahim Cəfərov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- “Cəbrayıl”ın yeni transferi Şamaxıda debüt etdi
- “Səbail” daha bir futbolçusu ilə yollarını ayırdı - ÖZƏL
- Nigar Mirzəliyeva Bundesliqada debüt etdi
- Kadi qayıdışını “Futbolxeber”ə şərh etdi: “Liverpul”a yalnız biz 0:6 hesabı ilə uduzmamışıq”
- “Turan Tovuz”un debütantı: “Qarabağ”dan xal ala bilərdik...”
- “Qarabağ” 2026-cı ildə ilk transferini reallaşdırdı
- Aərbaycan kubokunun püşkü atılıb
- “Gəncə”nin qələbəsi üçün bütün fədakarlıqlara hazıram”
- Elvin Bədəlov: “Neftçi” avrokuboklardan əlini üzməyib”
- "Turan Tovuz" onunla vidalaşdı
- “Sumqayıt Cənubi Sudana çox bənzəyir”
- “Qarabağ”ın çempionat oyunları yenidən “Tofiq Bəhramov”da
- Mustafa Sek: “Bir qələbə ilə kifayətlənmək olmaz, ardını gətirməliyik”
- Avropa çempionatı: Azərbaycanlı hakimin idarə etdiyi oyunda Ukrayna qalib gəldi
-
23:04
Güləşçilərimizdən 3 medal
-
22:26
XXII turun hakim təyinatları
-
21:38
Daha bir boksçumuz "Strandja" turnirində mərhələ adlayıb
-
19:17
Azərbaycan Premyer Liqasında 3 turun oyunlarının vaxtı açıqlandı
-
18:43
Sabir Allahquliyevdən 150-ci oyunda 70-ci qol
-
17:52
Millimiz Moldovaya qalib gəldi
-
17:29
“Paris-2024”ün medalları yenisi ilə əvəz olunur
-
17:00
Qazaxda güləş həyəcanı
-
16:31
II Liqa klubu ev oyunlarını Zaqatalada keçirəcək
-
16:15
Azərbaycanlı karateçi antidopinq qaydalarını pozub
-
15:44
Türkiyə klubunda norveçli baş məşqçi
-
15:26
AFFA nümayəndələri UEFA-nın seminarında
-
15:08
Azərbaycan cüdoçuları Avropa kubokunda
-
14:53
“Qarabağ”ın hücumçusu Falkaonun nəticəsini təkrarladı
-
13:47
Boksçumuz erməni rəqibini diz çökdürdü
-
13:12
Şirəliyev Azərbaycan çempionatındakı mübahisəli epizodlara aydınlıq gətirdi VİDEO
-
12:39
Bakıda cüdo seminarı
-
12:20
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:55
Sergey Samok: “Oyunların taleyini Berdıyevin diqqət yetirdiyi xırdalıqlar həll edir”
-
11:44
"İmişli" transferə doymur
-
11:16
Elvin Cəfərquliyev: "Hamı deyir ki, niyə Avropaya getmirsən?"
-
11:08
Azərbaycan çempionatında 250-ci avtoqol
-
10:51
Zubir: "Əsl "Qarabağ"ı göstərmək istədik"
-
10:27
"İnter"dən gözlənilməz məğlubiyyət VİDEO
-
10:13
Eddi Hau: "2:0-dan sonra "Qarabağ"ın müdafiəsini yarmaq çətin idi"
-
10:02
Qurban Qurbanov: “İnkişaf etmək və daha güclü olmaq istəyirik”
-
09:35
"Qarabağ" ÇL-lə belə vidalaşdı VİDEO
-
01:49
Bu dəfə minimal məğlubiyyət
-
22:48
"Qarabağ" UEFA-dan 65 milyon manatdan çox vəsait əldə edib
-
18:25
"Turan Tovuz"ın qələbəsi VİDEO
-
18:00
Sxadadze: “Turan Tovuz” kimi komandaya qarşı sonradan oyunu toparlamaq çətindir”
-
17:39
Kurban Berdıyevdən qələbə şərhi
-
17:17
II Liqada 15-ci tura yekun vuruldu
-
16:53
“Turan Tovuz” Qəbələdə böyük hesablı qələbə qazandı
-
16:06
Millimizin Avropa çempionatındakı rəqibləri məlum olub
-
15:22
Banişevskinin xatirəsinə turnir keçirilib
-
14:54
Santuş: “Azərbaycan millisindən ayrıldıqdan sonra bir neçə təklif aldım”
-
14:31
"Qəbələ" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
14:15
Stolüstü tennis üzrə "Baku Open" turniri keçiriləcək
-
14:00
Rayan Senhadji: “Qarşıdakı 3 tur “Sumqayıt” üçün çox vacibdir”
-
13:43
Güləşçimiz Rusiyada bürünc medal qazandı
-
13:27
“Bolt” ləqəbim "Qarabağ"da mövzu oldu"
-
12:59
Azərbaycan milliləri reytinq turnirində
-
12:38
Cüdo məşqçilərinə sertifikatların təqdimetmə mərasimi keçirilib
-
12:16
“Nyukasl” “Qarabağ”la oyuna itkilərlə çıxacaq
-
11:42
İki boksçumuz beynəlxalq turnirə qələbə ilə başlayıb
-
11:24
Futzal millimiz Gürcüstanla qarşılaşacaq
-
10:51
"Mançester Yunayted" in qələbəsi VİDEO
-
10:35
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:13
“Fənərbaxça” öz meydanında xal itirdi VİDEO
25.02.2026
24.02.2026























