Ölkə futbolu
Vətənindən vətəninə gələn Mert Çelik: “Yenidən Azərbaycan millisində oynamaq istəyirəm”
“Səbail”in müdafiəçisi Mert Çelikin Futbolxeber.az saytına müsahibəsi
- Azərbaycan Premyer Liqasının üçüncü turunda “Sumqayıt”a 1:2 hesabı ilə məğlub oldunuz. Yenilgini necə şərh edərdiniz?
- Çox məyusuq. Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Matçın sonlarında qapımızda qol gördük. Artıq məğlubiyyətdən qaçmaq üçün vaxt da qalmamışdı. Təəssüf ki, ən azı 1 xala layiq olduğumuz oyunda uduzduq. Artıq növbəti matç barədə düşünməli və mütləq qələbə həsrətinə son qoymalıyıq.
- Sözlərinizdən belə çıxır ki, “Səbail” məğlubiyyətə layiq deyildi?
- Əsla layiq deyildik. 3 xal qazanmağı hədəfləyirdik. Qalib gələ bilərdik. Bir qədər də ağıllı oynasaydıq, baş məşqçinin tapşırıqlarını daha yaxşı yerinə yetirsəydik, qələbə qazanardıq.
- İlk 2 turda “Səbail” birinci hissədə zəif təsir bağışlasa da, fasilədən sonra daha yaxşı çıxış etmişdi. Lakin “Sumqayıt”la matçda əksinə oldu. Bunu nə ilə əlaqələndirirsiniz?
- Biz əlimizdən gələni etməyə çalışırıq. Şansları daha yaxşı dəyərləndirməli, müdafiədə daha diqqətli olmalıyıq. Səhvlərə yol verməməliyik. Çalışmalıyıq ki, 90 dəqiqə ərzində daha yaxşı oynayaq.
- Müəyyən fasilədən sonra Azərbaycana qayıtdınız. Çempionatın səviyyəsində hansı dəyişiklik var?
- Azərbaycan Premyer Liqası daha səviyyəli olub. Daha yaxşı legionerlər gəlib. İndi çempionatda mübarizə aparmaq həqiqətən də çox çətindir. Heç bir rəqibə mütləq 3 xal gözü ilə baxmaq mümkün deyil. Halbuki əvvəl belə deyildi.
- “Səbail”dəki hədəfləriniz nədir?
- Yenidən Azərbaycan millisində oynamaq istəyirəm. Bunun üçün əlimdən gələni edəcəm.
- Vətənindən vətəninə gələn Mert Çelik Azərbaycanda özünü necə hiss edir?
- Özümü heç burdan ayrılmamış kimi hiss edirəm. Sanki həmişə burda olmuşam. Hər kəs məni çox yaxşı qarşıladı. Buna görə çox şadam. Azərbaycanda olduğum üçün məmnunam və ümid edirəm ki, uzun illər burada qalacağam.
- Növbəti turda “Kəpəz”lə qarşılaşacaqsınız. Sizin kimi, rəqib də qələbəyə acdır. Bu məqam “Səbail”in işini çətinləşdirməyəcək?
- Rəqibin durumu ilə maraqlanmırıq. Bizim hədəfimiz qarşıdakı matçda 3 xal qazanmaqdır. Bunun üçün əlimizdən gələni edəcəyik. Çalışacağıq ki, qələbə qazanmaqla əvvəlki matçlardakı uğursuzluqları unutduraq.
Fərəc Aslanov
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- “Cəbrayıl”ın yeni transferi Şamaxıda debüt etdi
- “Neftçi” heyətinə “Şalke”dən futbolçu cəlb etdi
- Təxirə salmalımı, salmamalımı?!.
- Aərbaycan kubokunun püşkü atılıb
- Millimizin sabiq üzvü Finlandiya yığmasından təklif alıb
- "Araz-Naxçıvan" sabiq oyunçusunu geri qaytardı
- “Səbail” qələbə qazandı, liderlə xal fərqi azaldı
- Aleksandr Mostovoy: “Rusiya klubları “Qarabağ”dan güclüdür”
- NTD-də ayrılıq yaşandı
- Elxan Məmmədov Kosta-Rikada futbol meydançalarının açılışında iştirak edib
- Azərbaycan futbolunda yenilik
- “Sumqayıt” üçün həm kubok prioritetdir, həm də çempionat”
- Rövlan Muradov “Zirə”nin qələbəsizlik seriyası barədə: “Statistikaya fikir vermirik”
- “Decathlon”da “Neftçi Official Fan Store Corner” açılır!
-
23:58
Valeh Seyidov yubileyini qolla qeyd etdi FOTOLENT
-
22:43
"Qarabağ" kubokda mərhələ adladı VİDEO
-
22:20
Qurban Qurbanovdan qələbə şərhi
-
21:37
“Penaltini yerinə yetirə bilsəydik...”
-
20:58
"Qarabağ" yarımfinala yüksəldi
-
18:12
Azərbaycanlı referi reytinq turninin ən yaxşı hakimi seçilib
-
17:25
“Dinamo” 3 xalı 3 qolla qazandı
-
16:44
"Barselona"da itkilərlə üzləşdi
-
16:09
Ölkə çempionatında ilk mükafatçılar müəyyənləşib
-
15:31
Baham adalarından Azərbaycan klubuna keçməsinin səbəbini açıqladı
-
15:12
Azərbaycanlı hakim “Qalarasaray”ın oyununa təyinat alıb
-
14:56
"Araz-Naxçıvan"ın akademiyasında müzakirə
-
14:23
BWF-nin "Shuttle Time" layihəsinin yeni mərhələsinə start verilib
-
14:00
FİFA DÇ-2026-nın afişasını təqdim etdi
-
13:47
AMADA 10 illik yubileyi münasibətilə sosial layihəyə başlayıb FOTOLENT
-
13:38
Ötən il işğaldan azad olunmuş ərazilərdə 36 idman yarışı keçirilib
-
13:15
"Zirə"nin kapitanı üçün yubiley
-
12:24
“Neftçi” - “Turan-Tovuz” oyununa böyük maraq: 1500 bilet satılıb artıq
-
11:59
1/4 finalın son 3 oyunun hakimləri açıqlandı
-
11:41
Anje Mutsinzi: “Zirə”yə qarşı oyunlar rəqiblər üçün asan olmayacaq”
-
11:02
"Qalatasaray" kubok oyununda qələbə qazandı VİDEO
-
10:56
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:33
"Barselona" qələbə qazansa da, mərhələ adlaya bilmədi VİDEO
-
10:17
Azərbaycanı Qran-Pridə onlar təmsil edəcək cüdoçular açıqlandı
-
10:00
"Liverpul" autsayderə uduzdu VİDEO
-
23:04
“Neftçi”dən azarkeşlərə jest: Oyun biletlərinin qiymətində endirim
-
22:15
"Zirə" yarımfinala belə yüksəldi VİDEO
-
21:48
Saşa İliç: “Real yanaşsaq, avrokuboklara yollanmağımız çətindir”
-
21:33
Rəşad Sadıqov: "Üzərimizdə gərginlik var idi"
-
20:52
"Zirə" ilk yarımfinalçı oldu
-
18:27
"Araz-Naxçıvan"ın kapitanı məşqlərə başladı
-
18:00
II Liqa: 3 oyunda 10 qol
-
17:49
Siyasət Əsgərov: “Sona qədər xarakter göstərərək qələbə qazandıq”
-
17:31
Azərbaycan kuboku: 1/4 finalın oyun cədvəli açıqlandı
-
17:14
Cüdoçularımız Özbəkistanda beynəlxalq təlim-məşq toplanışına qatılıblar
-
16:55
Millimiz Şimali Makedoniyaya qalib gəldi
-
16:26
Füzuli Məmmədov və “Karvan-Yevlax”dan alqışlanası addım FOTOLENT
-
16:08
Premyer Liqamızda ayın ən gözəl beş qolundan dördü eyni oyunda vurulub VİDEO
-
15:49
Ronaldo Səudiyyə Ərəbistanını tərk etdi
-
15:32
Dmitri Nağıyev Qırğızıstanda klubunu dəyişdi
-
14:17
9 boksçumuz "Adriatik incisi"ndə yarışacaq
-
13:50
“Formula 1”: Azərbaycan Qran-Prisi üçün paddok tikintisinə başlanıb
-
13:25
"Fiorentina"nın məğlubiyyəti VİDEO
-
12:43
“Flamenqo” Filipe Luislə vidalaşdı
-
12:01
Olimpiya çempionu "Bakı-Xankəndi" yarışı üçün Azərbaycana gələcək
-
11:34
Peresin istefası tələb olundu
-
11:16
"Real"dan gözlənilməz məğlubiyyət VİDEO
-
10:58
Elman Sultanov UEFA PRO kateqoriyası proqramı çərçivəsində Serbiyaya yollanıb
-
10:42
"Bolonya" sonda sevindi VİDEO
-
10:29
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
04.03.2026
03.03.2026























