25 Fevral 2026, Çərşənbə
Millimiz Moldovaya qalib gəldi
Bu dəfə minimal məğlubiyyət
Kurban Berdıyevdən qələbə şərhi
“Neftçi”də 9 nömrə əbədiləşdirildi

Ölkə futbolu

Millimizin futbolçusu Malayziya klubunda - EKSKLÜZİV

“Neftçi”dən ayrılan Eddi İsrafilovun yeni klubu müəyyənləşib.

Futbolxeber.az saytının əldə etdiyi məlumatına görə, millimizin yarımmüdafiəçisi karyerasını Malayziyada davam etdirəcək.

Mənbəmiz İsrafilovun yeni komandasının adını açıqlamasa da, ölkənin ən iddialı klublarından olduğunu bildirdi. Qarşıdakı saatlarda keçidin rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Malayziya İsrafilovun peşəkar karyerasında çıxış edəcəyi üçüncü ölkə olacaq. Buna qədər o, İspaniyada “Real Mursiya”, “Qranada”, “Eibar”, “Kordova”, “Kadis”, “Gimnastik Tarraqona”, “Alkorkon” və “Albasete”də çıxış etdikdən sonra 2022-ci ildə “Neftçi”yə transfer olunub. Ötən mövsüm başa çatdıqdan sonra "ağ-qaralar” Eddi İsrafilovla müqavilənin müddətini uzatmayıb.

Qeyd edək ki, Eddi 2015-ci ildən Azərbaycan millisinin formasını geyir.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Fevral 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28