4 Noyabr 2025, Çərşənbə axşamı
Sadıq Sadıqov vəzifəsindən getdi
Abubakar son 6 ilin ilkinə imza atdı
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”

Ölkə futbolu

"Osiyek"in baş məşqçisi: "Zirə" təhlükəli rəqibdir"

“Yaxın günlərdə iki yüksək səviyyəli rəqibə qarşı oynayacağıq. Onlardan biri Çempionlar Liqası səviyyəsində olan “Dinamo”dur. Amma buna qədər, deyərdim ki, Avropa Liqası səviyyəsində olan “Zirə” ilə qarşılaşacaq".
 
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Osiyek"in (Xorvatiya) baş məşqçisi Federiko Koppitelli  Konfrans Liqasının 3-cü təsnifat mərhələsində "Zirə" ilə oyundan öncə Xorvatiya mətbuatına açıqlamasında deyib.
 
"Şerif" "Zirə"ni  penaltilər seriyasına əsasən mübarizədən kənarlaşdırdı. "Zirə" ilk oyunda qalib gəldi, sonra cavab matçında üstün oldu, lakin sonradan qırmızı vərəqə ilə azlıqda qaldı. Söhbət çox təhlükəli və yaxşı rəqibdən gedir. Onlar öz çempionatlarında qalib olmağa namizədlərdən biridir" - deyə o bildirib. 
 
Mütəxəssis qarşılaşmanı ən yüksək səviyyədə keçirməyə hazır olduqlarını vurğulayıb: "Bu başa düşüləndir, çünki biz növbəti mərhələyə keçmək istəyirik. Aydındır ki, çempionatdakı məğlubiyyət kədərlidir, lakin biz özümüzü toparlayıb komandamızın gücünü azarkeşlərə göstərməliyik”.
 
Qeyd edək ki, sabah keçiriləcək "Osiyek" - "Zirə" matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30