Ölkə futbolu
Qurban Qurbanov: “Ludoqorets” istənilən anda lazım olanı edə bilir”
“Çox vacib oyuna çıxacağıq. Yaxşı təcrübəsi, ayrılıqda oyunçularının fərdi keyfiyyətləri yüksək olan komandaya qarşı oynayacağıq. Əvvəlki oyunlardan fərqli olaraq tam istədiyimiz kimi hazırlaşa bilmədik. Çünki çempionat matçımız var idi. Matçın vacibliyini hamımız bilirik. Futbolçular oyundan-oyuna daha yaxşı performans göstərmək üçün hazırdırlar. Sabah çalışacağıq ki, həmişə olduğu kimi azarkeşlər oyunumuzdan razı qalsınlar, baxımlı oyun izləsinlər”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sabah UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Bakıda "Ludoqorets"ə qarşı keçiriləcək matç barədə danışarkən deyib.
Oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran təcrübəli mütəxəssis bildirib ki, "Ludoqorets"in cari mövsüm səfər matçlarında uduzması onlar üçün heç nəyi dəyişmir: “Mərhələ iki matçdan ibarətdir. "Ludoqorets"in oyununa baxanda, oyunçuların, komandanın təcrübəsi məni cəlb etdi. Çox soyuqqanlıdırlar. Oyunu yaxşı idarə edirlər. Bəzən görürsən ki, hansısa dəqiqələrdə komanda öz oyununu itirir, düşündüklərini meydanda edə bilmir. Amma "Ludoqorets" istənilən anda, lazım olanı edə bilir. Əvvəlki oyunların nəticəsinə baxmırıq. Bəlkə komandada hardasa bir az qeyri-ciddilik olub. Amma ilk oyunda nəticə əldə ediblər, cavab matçında isə nəticəni qoruyublar”.
O bildirib ki, Elvin Cəfərquliyevin "Araz-Naxçıvan"la matçda aldığı qırmızı vərəqəni çox da müzakirə etməyə ehtiyac yoxdur: “Bəli, hər bir futbolçu özünü düzgün idarə etməyə çalışmalıdır. Bu, çox vacibdir. Çünki futbol kollektiv oyundur. Hazırlaşırsan, amma düşünmədiyin anlarda həmin detallar təsir edir. Mənə də Elvin haqda çox suallar verilməsini istəməzdim. Psixoloji basqı ola bilər. Kollektivdə problem yoxdursa, işləməyə nə var ki? Bəzən belə amillərin faydası olur ki, digər oyunçular ayılsın, diqqətli olsun. Çempionatda qırmızı vərəqə alması Elvinin özü və digər oyunçular üçün də siqnal olsun. Elvinin futbol təcrübəsi az deyil. Yaşına baxmayaraq, avrokuboklarda, milli oyunlarda böyük təcrübəyə malikdir. İnanmıram ki, sabah meydana buraxsaq, əsəbləri onun üçün problemə çevrilsin. Özü də başa düşür. Təcrübəsi xeyli çoxalıb. Özü də bilir ki, bu halların təkrarlanması onun üçün də yaxşı deyil. Futbol mübarizə oyunudur. Bəzən görürsən ki, hakimlər ilk sarı vərəqəni verməyə tələsirlər. Dəfələrlə demişəm, oyunlara baxırıq, bəzi qərarlarda hakimlər fərqli yanaşır. Biri sərt oyuna şərait yaradır, digəri yaratmır. Hakimlər deyir biz oyunçuları qoruyuruq... Biri var dirsəklə vurmaq, biri var açıq ayaqla vurmaq. İstənilən halda, hakimlərə haqq qazandırmaya bilmirik. Qalır hakimin idarəçiliyinə ki, versə nə olar, verməsə nə olar? Bu da təcrübədən, çempionatın səviyyəsindən irəli gəlir. Çempionlar Liqasında görürük ki, hakim oyunun əvvəlində sarı vərəqə verə bilər, amma sonda göstərir. Hansısa komandanın gücünü nəzərə almırlar. Sonda isə problem futbolçuya gəlib çıxır. Oyunçu belə halları nəzarətdə saxlamalıdır ki, qarşıdakı matçlarda hakimlər ona qarşı daim sarı göstərməkdə maraqlı olmasın”.
Q.Qurbanov mərhələ adlayacaqları təqdirdə Zaqreb "Dinamo"su ilə qarşılaşmaq ehtimalına da toxunub: “Həmişə istənilən püşkə normal yanaşmışam. Hər bir komanda öz ölkəsinin çempionudur. Onlara qeyri-ciddi yanaşa bilmərik. Eləcə də, bizə qeyri-ciddi yanaşa bilməzlər. Bizi indi düşündürən, vacib olan "Ludoqorets"dir. Ardıcıl 9 il avrokubokların qrup mərhələsində oynamaq çox böyük nailiyyətdir. Çox diqqətli olmalıyıq. Hansısa dəqiqələrdə üstünlüyümüz ola bilər, amma bu, bizi aldatmamalıdır”.
“Qarabağ”ın çalışdırıcısı mərc şirkətlərinin sabahkı matçda "Qarabağ"ı favorit görmələri haqda sualı belə cavablandırıb: “İki komandadan birini favorit göstərməlidirlər. Bizə o gözlə baxırlarsa, belə reaksiya verməli deyilik. İşin görünən və görünməyən tərəfi var. Ola bilər ki, görünən tərəfini görürlər. Bizim ən böyük diqqətimiz elə görünməyən tərəflərdə olur. Onu düzgün analiz etməliyik. Elə olub ki, rəqibimizi favorit görüblər. Biz buna görə oyuna görə hazırlaşmayacağıq”.
Mütəxəssis Musa Qurbanlının artıq məşqlərə başladığını söyləyib: “Menisk əməliyyatı bir aylıq prosesdir. Sonra bərpa prosesi gedir. Çox da ciddi zədə deyil. Fərdi məşqlərə başlayıb. Üç gündür artıq məşq edir. Bir həftəyə komanda ilə məşqlərə başlayacaq. Bir aydan sonra lazım olan halda meydana çıxa bilər”.
O, avrokuboklardakı çıxışdan sonra Juninyonu qışda itirmək ehtimalına da toxunub: “Bizə böyük diqqət ayırırlar, doğrudur. Bunun hər oyunda şahidi olmuşuq. "Ludoqrets" haqda danışıramsa ki, təcrübəli klubdur, onlar da bizim haqqımızda belə danışırlar. Bu, işimizi çətinləşdirir. Ancaq əlavə motivasiya verir. Daha hazırlıqlı olmalıyıq ki, rəqibin bizə qarşı göstərdiyi mübarizəyə də hazır olaq. Juninyo məsələsinə gəldikdə, bu barədə düşünmürük. Məqsədimiz onu daha da yaxşı etməkdir. Komandaya faydası daha çox olmalıdır. O, özü peşəkar olaraq, yaxşı anlamalıdır. Bilməlidir ki, rəqiblər hər qol vurduqca onun oyununu izləyirlər. Juninyonun hazırlığı öndə olmalıdır ki, rəqibdən üstün olsun. Qışa kimi nə olacaq, onu zaman göstərəcək”.
Sonda Qurban Qurbanov yeni transferlərin alınmadığını vurğulayıb: “Yeni oyunçular gəlməli idi. Amma alınmadı. O qədər dedim ki, danışırıq, sonda alınmır, bu dəfə də elə oldu. İki gün öncə bir futbolçu Bakıda olmalı idi. Amma əfsuslar sonda ortaya nəsə çıxdı və alınmadı. Hələ ki, qalıb”.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Bakı klubu bu gün baş məşqçisi ilə vidalaşa bilər - ÖZƏL
- “Cəbrayıl”ın yeni transferi Şamaxıda debüt etdi
- “Neftçi” heyətinə “Şalke”dən futbolçu cəlb etdi
- Təxirə salmalımı, salmamalımı?!.
- Millimizin sabiq üzvü Finlandiya yığmasından təklif alıb
- "Araz-Naxçıvan" sabiq oyunçusunu geri qaytardı
- “Səbail” qələbə qazandı, liderlə xal fərqi azaldı
- Aleksandr Mostovoy: “Rusiya klubları “Qarabağ”dan güclüdür”
- NTD-də ayrılıq yaşandı
- Elxan Məmmədov Kosta-Rikada futbol meydançalarının açılışında iştirak edib
- “Sumqayıt” üçün həm kubok prioritetdir, həm də çempionat”
- Rövlan Muradov “Zirə”nin qələbəsizlik seriyası barədə: “Statistikaya fikir vermirik”
- "Qarabağ"ın "Nyukasl"la oyunlar üçün iştirak ərizəsi açıqlandı
- Ayxan Abbasov: “Məncə, Bəhlulun epizodu ikinci “sarı” idi”
- Qurban Qurbanov: “Neftçi”dən küsmək, incimək fikrimiz yoxdur”
-
23:43
Kurban Berdıyev “Futbolxeber”ə danışdı: “İndi əsas “Neftçi” ilə oyuna hazır olmaqdır”
-
22:25
Sahil qəsəbəsində yeni cüdo zalı fəaliyyətə başlayıb
-
21:39
Füzuli Məmmədov və “Karvan-Yevlax”ın futbolçuları məktəblilərlə görüşdülər FOTOLENT
-
21:18
Qazax stadionunun güləş zalı əsaslı təmir ediləcək
-
20:52
Kubokda yarımfinalçılar müəyyənləşdi
-
19:47
Gimnastlarımız Dünya Kubokunun finalında
-
19:21
"Turan Tovuz"un qələbəsi VİDEO
-
19:06
Abşeronda 425 cüdoçu kəmər dərəcələri üzrə rəsmi imtahan verib
-
18:30
“Lənkəran” oyuna gəlmədi, "Neftçi" böyükhesablı qələbə qazandı
-
18:15
I Liqada 17-ci tura start verildi
-
17:44
Azər Bağırov: “Bu, adamı üzür”
-
17:23
Ruslan Abışov: “Məqsədimiz finala çıxmaq, kuboku qazanmaqdır”
-
16:53
"Sumqayıt" "Quba"nı səfərdə məğlub edib
-
16:38
22 cüdoçumuz Avropa Kubokunda mübarizə aparacaq
-
16:12
“Neftçi” - “Turan-Tovuz” oyununa böyük maraq
-
15:07
Marko Yankoviç: “Hədəfimiz hər iki titulu qazanmaqdır”
-
14:46
10 saat fasiləsiz üzməklə Azərbaycan rekorduna imza atdı
-
14:21
"Kəpəz" - "Turan Tovuz": Heyətlər açıqlandı
-
13:59
II Liqa: 6 oyunun hakimləri müəyyənləşdi
-
13:35
Qazax şəhərinin "İdman Paytaxtı - 2026" seçilməsi ilə bağlı sərgi keçirilib
-
13:10
I Liqada hakim təyinatları
-
12:44
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:23
Vaqif Cavadov Belçika klubunda təcrübə keçir FOTOLENT
-
12:09
I Liqa klubu afrikalı hücumçu transfer etdi
-
11:52
"Mançester Siti" qələbəni əldən verdi VİDEO
-
11:18
“Neftçi”yə sahib çıxmaq zamanı
-
10:36
"Nyukasl" 10 nəfərlə "Mançester Yunayted"ə qalib gəldi VİDEO
-
10:21
Dadaşovun dublu qələbə qazandırdı
-
10:07
"Beşiktaş"dan darmadağın VİDEO
-
09:49
Kadi: "Biz bunu bacararıq"
-
23:58
Valeh Seyidov yubileyini qolla qeyd etdi FOTOLENT
-
22:43
"Qarabağ" kubokda mərhələ adladı VİDEO
-
22:20
Qurban Qurbanovdan qələbə şərhi
-
21:37
“Penaltini yerinə yetirə bilsəydik...”
-
20:58
"Qarabağ" yarımfinala yüksəldi
-
18:12
Azərbaycanlı referi reytinq turninin ən yaxşı hakimi seçilib
-
17:25
“Dinamo” 3 xalı 3 qolla qazandı
-
16:44
"Barselona"da itkilərlə üzləşdi
-
16:09
Ölkə çempionatında ilk mükafatçılar müəyyənləşib
-
15:31
Baham adalarından Azərbaycan klubuna keçməsinin səbəbini açıqladı
-
15:12
Azərbaycanlı hakim “Qalarasaray”ın oyununa təyinat alıb
-
14:56
"Araz-Naxçıvan"ın akademiyasında müzakirə
-
14:23
BWF-nin "Shuttle Time" layihəsinin yeni mərhələsinə start verilib
-
14:00
FİFA DÇ-2026-nın afişasını təqdim etdi
-
13:47
AMADA 10 illik yubileyi münasibətilə sosial layihəyə başlayıb FOTOLENT
-
13:38
Ötən il işğaldan azad olunmuş ərazilərdə 36 idman yarışı keçirilib
-
13:15
"Zirə"nin kapitanı üçün yubiley
-
12:24
“Neftçi” - “Turan-Tovuz” oyununa böyük maraq: 1500 bilet satılıb artıq
-
11:59
1/4 finalın son 3 oyunun hakimləri açıqlandı
-
11:41
Anje Mutsinzi: “Zirə”yə qarşı oyunlar rəqiblər üçün asan olmayacaq”
05.03.2026
04.03.2026























