24 Oktyabr 2025, Cümə
“Səbail” qələbəni əldən verdi
"Qarabağ" "Atletik"ə məğlub oldu
Abubakar rəsmən “Neftçi”də
IX turun hakim təyinatları açıqlandı

Ölkə futbolu

AFFA Hakimlər Komitəsini yenə əcnəbiyə tapşırdı

AFFA Hakimlər Komitəsinin yeni sədri müəyyənləşib. 
 
Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, belçikalı mütəxəssis Frank de Bleker bu vəzifəyə təyin olunub.
 
AFFA İcraiyyə Komitəsinin 2024-cü il iyulun 12-də keçirilən son iclasında Hakimlər Komitəsinin sədri məsələsi müzakirə olunmuş, namizədlərdən belçikalı Frank de Blekerin zəngin beynəlxalq təcrübəsi və peşəkar fəaliyyəti nəzərə alınaraq, müsbət rəy verilmişdi.
 
Müqaviləyə dair bəzi şərtlərin müzakirəsinə ehtiyac yaranmışdı. Həmin məsələlərlə bağlı razılıq əldə olunduğundan, belçikalı FIFA referisi ilə 3 illik müqavilə imzalanıb.
 
Qeyd edək ki, Frank de Bleker iyulun 28-dən Misli Premyer Liqası və I Liqa hakimlərinin təlim-məşq toplanışına rəhbərlik edəcək.
 
Əlavə edək ki, 58 yaşlı Frank de Bleker bir zamanlar FİFA referisi olub. O, Belçika çempionatının oyunları ilə yanaşı, DÇ-2006, Avro-2008 və DÇ-2010-nin, Çempionlar Liqasının və digər beynəlxalq matçları idarə edib.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31