28 Oktyabr 2025, Çərşənbə axşamı
Millimiz Qazaxıstana qalib gəldi
Samir Abasovdan qələbə şərhi
Sadıqov: “Çox vacib 3 xal qazandıq”
“İkinci hissədə biz daha üstün idik”

Ölkə futbolu

Eldar Quliyev: “4:0 mərhələ adlamaq üçün 100 faiz təminat vermir”

“4:0 hesabı ilə qalib gəldik. Nəticədən razıyıq”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Zirə”nin yarımmüdafiəçisi Eldar Quliyev deyib.

UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Zirə” evdə Slovakiyanın “DAK 1904” klubunu 4:0 hesabı ilə məğlub edib. 22 yaşlı futbolçu bu nəticəni gözləmədiklərini deyib: 

“Qalib gəldiyimiz üçün sevinirik. Amma hesab arasındakı fərqin bu cür böyük olacağını gözləmirdik. Çünki bilirdik ki, rəqib yaxşı komandadır. Bu hesaba baxmayaraq, Slovakiya təmsilçisinin zəif olduğunu düşünmürəm”.

E.Quliyev bildirib ki, UEFA Avropa Liqasında penaltilər seriyasında “Şerif”ə uduzduqdan sonra psixoloji cəhətdən “DAK 1904”lə matça hazırlaşmaq heç də asan olmayıb: “İlk 2-3 gün bütün komanda məyus idi. Lakin sonradan toparlanmağa başladıq. Anlayırdıq ki, bu dəfə daha yaxşı oynamalıyıq. Şadam ki, bunu bacardıq. İstəyimizə çatdıq və gözəl qələbə qazandıq”.

“4:0 hesablı qələbədə hansı amil həlledici oldu?” sualını E.Quliyev belə cavablandırıb: “Düşünürəm ki, yaxaladığımız qol şanslarını dəyərləndirməyimiz həlledici oldu. Əslində, biz əvvəlki matçlarda da çox qol epizodu yaradırdıq. Lakin onlardan yararlana bilmirdik. Bu dəfə isə ön xətdə daha dəqiq oynadıq”.

Böyükhesablı qələbəyə baxmayaraq, “Zirə”nin yarımmüdafiəçisi cütün taleyinin həll olunduğunu düşünmür: “Oyun baxımından rəqib heç də zəif deyil. Gördüyünüz kimi, ikinci hissədə dəyişikliklərlə topa nəzarəti ələ keçirdilər, daha çox hücum etməyə çalışdılar. Bu da o deməkdir ki, bizi səfərdə çox çətin oyun gözləyir. Hər hansı arxayınçılıqdan söhbət gedə bilməz. 4:0 hesabı ilə qalib gəlsək də, bu, bizə mərhələ adlamaq üçün 100 faiz təminat vermir”.

İbrahim CƏFƏROV








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31