21 Oktyabr 2025, Çərşənbə axşamı
IX turun hakim təyinatları açıqlandı
“Neftçi” 9700 manat cərimələndi
“Qarabağ” İspaniyaya yollandı
"Qəbələ"dən hakimlərə etiraz

Ölkə futbolu

Fabiyan Buntiç: "Qarabağ"da keyfiyyət yüksəkdir"

"Bu klubda olduğuma görə çox şadam. Komandanı çox bəyənirəm, burada keyfiyyət yüksəkdir. “Qarabağ” karyeram üçün mükəmməldir. Klubda çalışanlar çox gözəl iş görürlər. Ötən mövsümdəki uğurlu nəticələr bundan xəbər verir. Mən də bu komandanın bir parçası olmaq istəyirəm". 
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın qapıçısı  Fabiyan Buntiç klubun saytına açıqlamasında deyib.
 
"Yeni komanda yoldaşlarım əladır, bir neçə dil bildiyim üçün onların çoxu ilə ünsiyyət qururam. Bu komanda ilə hər şey uğrunda mübarizə aparmaq olar. Biz hələ yeni mövsümün başlanğıcındayıq, qarşıdakı müddətdə inkişaf etməliyik. Oyunların startını səbirsizliklə gözləyirəm. Yüz faiz səy göstərməliyik. Bakı da çox gözəl şəhərdir, inkişaf edir. Müxtəlif mədəniyyətləri sevirəm. Bura mənim üçün gözəl yerdir. Çox xoşbəxtəm və inanıram ki, gələcəkdə də eyni hisslərlə davam edəcəyik” - deyə o söyləyib.
 
Buntiç Avstriyada təşkil olunan təlim-məşq toplanışı, həmçinin “Kayzerslautern” və Plzen “Viktoriya”sı ilə yoxlama oyunları barədə fikirlərini bildirib: “Avstriyada çox yaxşı təlim-məşq toplanışı keçirik. Yeni mövsümə bütün komandamız birlikdə hazırlaşır. Bu, mənim üçün bir fürsətdir ki, yeni gəldiyim komandaya və oyun sisteminə tam bələd olum. Özümü burada yaxşı hiss edirəm. Hər gün komandaya daha da uyğunlaşıram. Toplanış çərçivəsində artıq iki oyun keçirmişik. İlk matçı isti hava şəraitində oynadıq. Bu, daha çox fiziki hazırlığın önə çıxdığı qarşılaşma idi. “Kayzerslautern”lə görüşdə iştirak etməsəm də, “Viktoriya” ilə qarşılaşmada şans qazandım. Oyun bizim üçün yaxşı keçdi, qollar vura bildik və qələbə qazandıq. Əgər yavaş-yavaş, amma əmin addımlarla davam etsək, növbəti oyunlarda uğurlu nəticələrə ümid edə bilərik”.
 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31