Ölkə futbolu
Siyasət Əsgərov: “Pley-offa vəsiqə qazanmaq şansını itirməmişik”

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov Avropa çempionatının seçmə mərhələsi çərçivəsində B Liqasının 1-ci qrupunda bu gün “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə keçirilən oyundan sonra fikirlərini bildirib.
Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis 0:5 hesablı məğlubiyyətin onlar üçün gözlənilməz olduğunu deyib: “Təəssüf ki, nəticə belə oldu. Rəqib çox keyfiyyətli komanda idi. Düzdür, onlardan səfərdə 1 xal ala bilmişdik. Düşünürəm ki, evdə böyük hesabla məğlub olmağımızın əsas səbəblərdən biri əksər futbolçularımızın Türkiyə çempionatında çıxış etməsidir. Orada mövsüm mayın 5-də başa çatıb. Türkiyədə çıxış edən futbolçularımızın fiziki durumu ilə bağlı problem yaşadıq. Eyni zamanda, oyun praktikasından əziyyət çəkirdilər. Bunu oyun zamanı da hiss etdik. Üstəlik, Manə Mollayeva və Peritan Bozdağ cəzalı olduqları üçün bizə kömək edə bilmirdilər. Esra Manya da son məşqdə zədələndiyi üçün riskə getmədik. Bu futbolçuların boşluğunu doldura bilmədik”.
S.Əsgərov son tur öncəsi millinin pley-off mərhələsinə vəsiqə şansını qoruduğunu sözlərinə əlavə edib: “Bu gün xal və ya xallar qazana bilsəydik, qrupu ikinci pillədə də tamamlaya bilərdik. Ancaq qarşıda hələ bir oyun var. İsveçrə ilə səfər matçında heç-heçə pley-offa vəsiqə şansımızı artıra bilər. Hətta 4 xalla belə, bunu reallaşdırmaq şansımız var. Təbii ki, bu, digər qruplardakı nəticələrdən də asılı olacaq. Pley-offa vəsiqə qazanmaq şansını itirməmişik”.
Baş məşqçi A milli komandada debüt edən gənc futbolçu Xanım Əsədovanın çıxışından razı qalıb: “Xanım Əsədova azsaylı istedadlardan biridir. O, çoxdan nəzərimizdə idi. İki futbolçumuz cəzalı olduğundan, Xanımı görüşün iştirak ərizəsinə daxil etmək qərarına gəldik. Düşündük ki, bu, Xanım üçün stimul olar. Onun gələcəyi naminə bu addımı atdıq. Matçın gedişində də şans vermək qərarına gəldik. Xanım Əsədovanı gələcək illərdə tez-tez milli komandada görə biləcəyik”.
Qeyd edək ki, Azərbaycan milli komandası qrupda son oyununu iyulun 16-da Lozanna şəhərində yerləşən “Olimpik De La Pontez” stadionunda İsveçrə yığmasına qarşı keçirəcək.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin legioneri: “Bu, penaltidirsə, mən futbolla vidalaşaram”
- Azər Bağırovdan qələbə şərhi
- AFFA-dan hakimlərə xüsusi tapşırıq - ÖZƏL
- VI turun hakim təyinatları açıqlandı
- “Sabah”ın qolunu alqışlayan AFFA-nın vitse-prezidenti... - TƏƏSSÜRAT
- Elvin Məmmədov: “Bu dəqiqə o riski edə bilmərik”
- “Qurban olum, Qurban hocaya”
- Azərbaycan millisinin qrupunda 12:0 hesabı
- Zidan hazırda ən çox bəyəndiyi 3 futbolçunun adını açıqladı
- Osihmen “Neftçi”nin futbolçusunun arzusunu puç etdi
- Türkiyə mətbuatı: "Abubakarı əvvəl “Beşiktaş”a aparmışdı, indi “Neftçi”yə..."
- Bakı Olimpiya Stadionunun son durumu - “Qarabağ” burada necə oynasın?
- İmad Faraj: “Hakimlər hər tur “Neftçi”ni “öldürürlər”
- Pərviz Qaraxanov: “Çempionluq yolunda qələbə bizim üçün vacib idi”
- "Qarabağ" sektorlara azad olunan rayonların adlarını verdi
-
22:31
Kevin Medina: “Hazırlığımız yalnız Uilyams qardaşlarına qarşı deyil”
-
21:58
Qurban Qurbanov: “Ümidvaram ki, azarkeşlər mübarizəmizdən razı qalacaqlar”
-
21:02
Güləşçimiz dünya çempionu oldu
-
20:25
Cahangir Babayev Dünya Karate Federasiyası tərəfindən təltif olunub
-
19:14
Naxçıvanda qaçış üzrə muxtar respublika birinciliyi keçirilib
-
18:43
II Liqada 3 oyunda 24 qol
-
18:00
Abubakar rəsmən “Neftçi”də
-
17:37
Ernesto Valverde “Qarabağ”la oyun barədə: “Ehtiyatlı olmalıyıq”
-
17:26
Abubakar Bakıda müayinədən keçdi
-
17:11
Aytor Paredes: “Qarabağ” nəyə qadir olduğunu göstərib”
-
16:58
"Şəmkir" Vüqar Nadirovla yollarını ayırdı
-
16:32
“Atletik”in “Qarabağ”la oyun üçün iştirak ərizəsi açıqlandı
-
16:19
Naxçıvanda kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək
-
16:05
IX turun hakim təyinatları açıqlandı
-
15:43
17 yaşadək cüdoçular arasında Abşeron-Xızı bölgəsi üzrə region birinciliyi keçiriləcək
-
15:24
Amerikalı legioner: “Azərbaycan çempionatı çox rəqabətlidir”
-
14:56
Çempion cüdoçumuz: “Qızıl medala layiq idim”
-
14:37
AFFA bu komandanı liqadan kənarlaşdırdı
-
14:21
"Şamaxı"nın futbolçusu 3 oyunluq cəzalandı
-
14:00
“Neftçi” 9700 manat cərimələndi
-
13:42
Daha 3 boksçumuz Avropa çempionatında mərhələ adlayıb
-
13:18
Davam edir... hakim biabırçılığı
-
12:59
Babək Quliyev üç oyuna təyinat alıb
-
12:33
Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının katibliyinə rəhbərlik İlahə Qədimovaya həvalə olunub
-
12:05
MPK və Azərbaycan Üzgüçülük Federasiyası arasında memorandum imzalanıb
-
11:46
“Liqanın adından asılı olmayaraq, futbol heç vaxt gözəl və cəlbedici oyun statusunu itirmir”
-
11:21
Elçin Məsiyevə UEFA-dan təyinat
-
10:57
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
10:34
İsveçdə çempion müəyyənləşdi
-
10:12
"Vest Hem" öz meydanında uduzdu VİDEO
-
09:45
Cəlal ehtiyatda qaldı, komandası uduzdu
-
19:58
Qadın voleybolçular arasında Yüksək Liqanın II turuna start verilib
-
19:23
İsrailin Azərbaycandakı səfirliyi amputant futbolçulardan ibarət yığmanı qəbul edib
-
19:00
“Qarabağ” İspaniyaya yollandı
-
18:35
Taekvondo Federasiyasının təşkilatçılığı ilə dan imtahanı keçirilib
-
18:09
Millimiz 23 futbolçu ilə Qazaxıstana gedir
-
17:47
II Liqada VI tur start götürüb
-
17:26
İsveç millisində yeni baş məşqçi
-
17:14
“Atletik”in futbolçusu: “Qarabağ”ın 6 xal yığması məni təəccübləndirmir”
-
16:32
Azərbaycan badmintonçusu Çexiyada bürünc medal qazanıb
-
16:20
Felipe Santos: “Məncə, “Neftçi”nin ikinci qolunda ofsayt var idi”
-
15:58
Azərbaycan cüdoçuları dünya reytinqində irəliləyiblər
-
15:49
Azərbaycan Basketbol Federasiyasının məşqçilər üçün seminarı başa çatıb
-
15:23
“Qarabağ” "San Mames"də dəstəksiz qalmayacaq
-
14:15
Mbappe "Real"a qələbə qazandırdı VİDEO
-
13:51
Daha 5 boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
13:30
“Zirə”nin Mikelsi: “Bir məğlubiyyət dünyanın sonu deyil”
-
12:47
"Qəbələ"dən hakimlərə etiraz VİDEO
-
12:24
"Atletik" - "Qarabağ" oyununun hakimləri müəyyənləşdi
-
12:08
Qurban Qurbanov: “Qarabağ” mənim birinci evimdir”
21.10.2025
20.10.2025













