11 Oktyabr 2025, Şənbə
AFFA Santuşa təzminat ödəyib
Millimiz Fransaya uduzdu
U-21-dən biabırçı məğlubiyyət
Şahmatçılarımız Ermənistana qalib gəldi

Ölkə futbolu

“Sumqayıt” “Orenburq”a məğlub oldu

Yeni mövsümün hazırlıqlarının ikinci mərhələsini Ankaranın Qızılcahamam bölgəsində davam etdirən "Sumqayıt" bu gün ilk yoxlama oyununa çıxıb.

Futbolxeber.az saytının məlumatına görə, Samir Abasovun komandası Rusiyanın Premyer Liqa təmsilçisi "Orenburq"la qarşılaşacaq.

Qızılcahamam stadionunda keçirilən görüş rusların qələbəsi ilə yekunlaşıb. “Sumqayıt” 40-cı dəqiqədə avtoqolla hesabda önə keçsə də, sona yaxın qapısında 2 qol görməklə meydanı məğlub tərk edib. Əvvəlcə Peres 83-cü dəqiqədə hesabı bərabərləşdirib. 88-ci dəqiqədə isə Mansilya “Orenburq”a qələbə gətirən qolun müəllifi olub.

Qeyd edək ki, "Sumqayıt" Türkiyə toplanışı çərçivəsində ikinci oyununu 12-də Türkiyə 1-ci Liqa təmsilçisi “Gənclərbirliyi”nə qarşı keçirəcək.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31