3 Avqust 2025, Bazar günü
Elmar Baxşıyevin möhürü
“Neftçi” AEL-lə heç-heçə oynadı
Andrade: “Xarakter göstərdik”
“Zirə” avrokuboklarla vidalaşdı

Ölkə futbolu

Millimizin müdafiəçisi “Araz-Naxçıvan”da

“Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.

Futbolxeber.az saytının məlumatına görə, millimizin müdafiəçisi Bəxtiyar Həsənalızadə heyətə cəlb olunub.

Mərkəz müdafiəçisi ilə anlaşmanın müddəti 1 ildir.

Tibbi müayinədən uğurla keçən 31 yaşlı futbolçu artıq komandanın məşqlərinə qoşulub.

Ötən mövsümü Türkiyənin I Liqasında mübarizə aparan “Tuzlaspor”da keçirən Həsənalızadə peşəkar futbolçu karyerasına “Sumqayıt”da başlayıb, daha sonra “Zirə” və “Sabah”ın formasını geyinib. Müdafiəçi müxtəlif illərdə Azərbaycanın U-21 və əsas millisinə dəvət alıb.

Qeyd edək ki, “Araz-Naxçıvan” Bəxtiyara qədər Tərlan Əhmədli, Ürfan Abbasov, Ülvi İsgəndərli, Ömər Buludov, Turan Vəlizadə və Karlos Jatobanı heyətinə qatıb, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Vüsal Şabanov, Tuqay Əlizadə,  Ramin Nəsirli və Miço, Kuzmanoviçlə müqaviləni yeniləyib.

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31