11 Oktyabr 2025, Şənbə
AFFA Santuşa təzminat ödəyib
Millimiz Fransaya uduzdu
U-21-dən biabırçı məğlubiyyət
Şahmatçılarımız Ermənistana qalib gəldi

Ölkə futbolu

Moldovalı qapıçı: “Şerif” “Zirə” ilə mübarizədə favoritdir”

“Əlbəttə, püşkün nəticəsindən xəbərim var. Düşünürəm ki, “Zirə” ilə mübarizədə “Şerif” favoritdir”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri “Araz-Naxçıvan”ın qapıçısı Kristian Avram UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Şerif” - “Zirə” cütü barədə danışarkən deyib.

Moldovalı qapıçı azarkeşləri 2 maraqlı matçın gözlədiyini bildirib: “Şerif” hər il avrokuboklarda oynayır. Üstəlik, onlar mütəmadi olaraq avrokubokların qrup mərhələsində də mübarizə aparırlar. Bizi 2 maraqlı oyun gözləyir. Böyük həvəslə mən özüm də bu matçlara tamaşa edəcəyəm. Maraqlı mübarizə gedəcək. “Zirə” üçün bu, yaxşı təcrübə olacaq. Qoy güclü qalib gəlsin”.

Fərəc ASLANOV

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31