11 Oktyabr 2025, Şənbə
AFFA Santuşa təzminat ödəyib
Millimiz Fransaya uduzdu
U-21-dən biabırçı məğlubiyyət
Şahmatçılarımız Ermənistana qalib gəldi

Ölkə futbolu

PFL tərəfindən kubokun finalı üçün ödənişsiz nəqliyyat vasitələri ayrılacaq

"Qarabağ" və "Zirə" komandaları arasında “Liv Bona Dea Arena”da keçiriləcək Azərbaycan Kubokunun final matçında tamaşaçıların rahat gediş-gəlişinin təmin edilməsi məqsədilə ödənişsiz nəqliyyat vasitələri ayrılacaq.
 
Futbolxeber.az-ın Peşəkar Futbol Liqasının (PFL) saytına istinadən verdiyi məlumata görə, oyun günü, yəni iyun ayının 2-də saat 17:00-dan etibarən metronun Koroğlu stansiyasının qarşısında (“Piramida”nın arxasında) “Baku Bus” MMC-yə məxsus ödənişsiz avtobuslar futbolsevərlərin xidmətində olacaq.
 
“Qarabağ” və “Zirə” azarkeşlərinə istəyə uyğun olaraq klubların loqoları ilə işarələnmiş avtobuslardan istifadə imkanı da yaradılacaq. 
 
Tamaşaçıların oyunun bitmə saatına uyğun olaraq əks istiqamətdə daşınması da təmin ediləcək. 
 
Nəqliyyat vasitəsinin xidmətindən istifadə etmək üçün biletlərin təqdim olunması yetərlidir.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31