16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”

"İlk hissə normal futbol oynadıq. Xeyli qol epizodlarımız oldu”.

Futbolxeber.az saytının məlumatına görə, bunu “Araz-Naxçıvan”ın baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 29-cu turunda “Kəpəz”ə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, məğlubiyyətin üzücü olduğunu bildirib: “İkinci hissədə qapımıza iki zərbə vuruldu, ikisi də qol oldu. Həqiqətən də çox üzücüdür. Çox söz demək də olmur... Məncə, futbolçular da bəzi şeyləri fikirləşməlidilər”.

“Futbolçular nələri fikirləşməlidirlər?” sualını mütəxəssis belə cavablandırıb: “Çox bəsit qollar buraxırıq. Dediyim kimi, qapımıza iki zərbə var, ikisi də qoldur. Özü də tapşırdığımız məqamlar var idi ki, birində sol, digərində sağ ayaq futbolçu mərkəzə keçib zərbə vurur. Futbolçular meydanda verdiyimiz tapşırıqları icra etmirlər. Xüsusən də müdafiə xəttində”.

  

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30