1 Noyabr 2024, Cümə
"Qəbələ" və "İmişli" 1/8 finalda
XII turun hakim təyinatları
“Neftçi” yeni əməkdaşlığa başladı
Daha 4 komanda 1/8 finalda

Ölkə futbolu

Miodraq Bojoviç: “Özümüzü sanki "Qarabağ"ın stadionunda hiss edirdik”

"İlk qolu çox tez buraxdıq. Sonra yenidən oyuna qayıtmaq çox çətin olur.  Təəssüf ki, hesabı bərabərləşdirməyi bacarmadıq. İkinci hissədə daha yaxşı oynadıq. Bu da anlaşılandır. Çünki "Qarabağ" üç qol vurmuşdu, daha rahat oynadılar".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Miodraq Bojoviç ölkə kubokunun yarımfinal mərhələsinin "Qarabağ"a qarşı keçirilmiş ilk görüşündən sonra mətbuat konfransında deyib.

Daha sonra monteneqrolu mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Müqavilə imzaladığınız vaxtda qarşınıza ikinci yer və ölkə kubokunu qazanmaq məqsədi qoyulmuşdu. Necə olacaq? Komandanın oyununda irəliləyiş yoxdur, azarkeşlər də matçınızı boykot edib...

- Niyə belə həyəcanlısınız? Bundan məmnunsunuz? Sanki uduzduğumuza görə məmnunsunuz. Bizim məğlubiyyətimizə görə həyatınızda heç nə dəyişməyəcək. Komandaya rəhbərlik edən şəxslər var. Onlar qərar verəcək. İndi ikinci pillədəyik. Son üç oyunda 7 xal qazanmışıq. Bəli, bu gün uduzduq. Amma heç nə deyə bilmərəm.

- "Neftçi" evdə oynasa da, sanki "Qarabağ" ev görüşünə çıxmışdı. Bu vəziyyətə görə özünüzü nə dərəcədə günahkar hesab edirsiniz?

- Burada 2.5 aydır ki, fəaliyyət göstərirəm. Azarkeşlərlə hansı problem olduğunu bilmirəm. Bu sual mənə deyil. Azarkeşlər olduğu halda, komanda daha yaxşı rahat oynaya bilərdi. Fakt odur ki, biz özümüzü sanki "Qarabağ"ın stadionunda hiss edirdik.

- Çemodanınız hazırdır?

- Sizin üçün nə fərqi? Bununla sizin həyatınızda nə dəyişəcək? Mənim öz həyatım var. Rəhbərlik qərar versə, məni işdən çıxaracaq.

- Emin Mahmudovun start heyətində yer almaması nə ilə əlaqədar idi?

- Emində zədə var idi. Risk etmək istəmirdik. İstər-istəməz çempionat bizim üçün çox önəmlidir. Onu "Sumqayıt"la oyun üçün saxlamaq istəyirdik. Fikirləşirdik ki, böyük mübarizə olacaq.

- Təsəvvür edək ki, yeni mövsümdə də "Neftçi"nin baş məşqçisisiniz. Nələr edilməlidir ki, "Qarabağ"la bu qədər səviyyə fərqi görünməsin?

- Mövsümöncəsi yaxşı hazırlaşmaq önəmlidir. Komandanı gücləndirmək lazımdır. "Qarabağ"la mübarizə aparmaq çətindir. "Neftçi"nin uğurları olacaq. Amma bilmirəm mənimlə olacaq, ya yox. "Neftçi" əvvəl kimi güclü olacaq. İnanıram.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30