Ölkə futbolu
Yubileyini qeyd edən Vaqif Sadıqov: “Mənim üçün ən gözəl hədiyyə hörmətdir”

Bu gün 65 yaşı tamam olan AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov AZƏRTAC-a müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir.
- Əvvəlcə doğum gününüzü təbrik edirəm. Bu gün Vaqif Sadıqov özünü neçə yaşında hiss edir?
- Təşəkkür edirəm. Molla Nəsrəddinin bununla bağlı yaxşı bir misalı var: “Cavan yaşımda da bu daşı qaldıra bilmirdim, indiki yaşımda da”. İllər öncə necə idimsə, elə indi də eləyəm. Demək olar ki, dəyişən bir şey yoxdur. Özümü heç də pis hiss etmirəm. Hər kəsə də bu yaşda özünü ən azı mənim qədər gümrah hiss etməyi arzulayıram.
- Yəqin ki, bir çoxları kimi hədiyyə almağı sevirsiniz. Yubileyinizdə sizin üçün ən gözəl hədiyyə nə olardı?
- Mənim üçün hədiyyə anlayışı çox böyükdür. Lakin fikrimcə, ən gözəl hədiyyə hörmətdir. Bunu hər şeydən üstün hesab edirəm. Əzizlərimin doğum günümdə məni yada salıb təbrik etməsi ən böyük xoşbəxtlikdir. Xaricdə yaşayan dostlarım da bu gün məni tək qoymadılar. Çox sağ olsunlar ki, hər zaman hörmət edirlər.
- Bu gün həm də Ümumdünya Gülüş Günüdür. Belə bir gündə dünyaya gəlmək sizin üçün hansı mənanı ifadə edir?
- Sevindirici haldır ki, bu gün hamının üzündə təbəssüm var. Bu, çox xoşdur. Hər kəs gülür, bir-biri ilə zarafat edir. Arzum odur ki, heç kimin üzündən gülüş əksik olmasın.
- Yəqin ki, siz də nə vaxtsa aprelin 1-də kimisə aldatmısınız. Ən inandırıcı 1 aprel zarafatınız hansı olub?
- Düzünü desəm, zarafat etməyi xoşlayan deyiləm. Adətən mənimlə zarafat ediblər (gülür). Bu da məndə qıcıq hissi doğurmayıb, əksinə deyib-gülmüşük.
- Ömrünüzün böyük hissəsi futbolda keçib. Buna görə peşman deyilsiniz?
- Xeyr, heç vaxt buna görə peşmanlıq yaşamamışam. Hətta deyərdim ki, bu həyatı bir daha yaşasaydım, yenə futbola həsr edərdim. Buna görə də olduqca xoşbəxtəm.
- Bəzi insanlar öz yubileylərini təmtəraqlı keçirirlər. Bəs siz necə, əlamətdar günlərdə dost-tanışı ətrafınıza yığmağı sevirsiniz?
- Təmtəraqlı ad günü keçirməyi sevmirəm. Tanışlarım da məndən bu barədə soruşurlar. Ancaq mən buna üstünlük vermirəm. Bu gün çox şadam ki, AFFA rəhbərliyi ad günümü təbrik etmək üçün məni quruma dəvət etdi. Gün ərzində doğma komandam “Neftçi”nin rəhbərliyi ilə də görüşüm baş tutdu. Düzdür, həyatımda yalnız bir dəfə ad günümü təmtəraqla keçirmişəm. O da 50 yaşıma təsadüf etmişdi. Sevdiyim bütün dost və tanışlarımı birlikdə gözəl vaxt keçirmək üçün bir araya topladım. Eyni komandada forma geyindiyim veteran futbolçular, mənlə birgə işləyən məşqçilər bir yerə yığışmışdılar. Belə bir gündə onları bir arada görmək mənim üçün çox sevindirici idi.
- Bu illər ərzində ən yaddaqalan xatirəniz hansı olub?
- Yaddaqalan anlarım çox olub. Geriyə dönüb baxanda insanın ağlına təkcə xoş yox, kədərli günlər də gəlir. Bu gün pis günləri yada salmaq istəmirəm. Xatirələr hədsiz çoxdur. Peşəkar futbola addım atdığım ilk gün mənim üçün unudulmazdır. “Neftçi” kimi bir kluba dəvət aldığım həmin an heç vaxt yadımdan çıxmaz. Bu mənim üçün çox önəmli və xüsusi bir hadisədir. İsgəndər Cavadov, Asim Xudiyev, Anatoli Banişevski kimi mükəmməl oyunçularla çalışmaq mənim üçün böyük zövq idi. Əslində Azərbaycanın bir çox ulduz oyunçularının adlarını çəkə bilərəm. Onlarla eyni meydançada futbol oynamaq əla hisslər idi.
- Son olaraq, Azərbaycan futbolunun gələcəyi ilə bağlı arzularınızı eşitmək istərdik...
- Demək olar ki, 18 yaşımdan peşəkar səviyyədə futbolla məşğulam. Hər an, hər il, hər dəqiqə futbolumuzun tərəqqisini görmək istəyən adam olmuşam. İnanıram ki, bundan sonra da futbolumuz inkişaf edəcək və onların uğurlarını görüb sevinəcəyik.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Ayxan Abbasov ilin sonuna kimi millidə qalır, sonra isə...
- “Sabah”dan növbəti biabırçılıq: Komanda hava limanından geri qaytarıldı
- Rüfət Abdullazadə Xorvatiyada ilk qolunu vurdu
- "Qarabağ" azarkeşlərinə Portuqaliyadakı oyun üçün nə qədər yer ayrılıb?
- “Neftçi” Şeydayevlə yolları ayırdı
- “Qarabağ”dan iki legioner transferi
- Yenə “Sabah”, yenə hakim biabırçılığı...
- “Neftçi”nin legioneri: “Bu, penaltidirsə, mən futbolla vidalaşaram”
- VI turun hakim təyinatları açıqlandı
- Ozobiç: “Onların yaxşı komanda olması heç nəyi dəyişmir, səfərə 3 xal üçün gedəcəyik”
- "Qarabağ" "Zirə" ilə heç-heçə etdi, "Araz-Naxçıvan" vahid lider oldu
- Prezident “Qarabağ”ı təbrik etdi
- Elvin Məmmədov: “Bu dəqiqə o riski edə bilmərik”
- “Sabah”ın qolunu alqışlayan AFFA-nın vitse-prezidenti... - TƏƏSSÜRAT
- "Benfika" - "Qarabağ" oyununun hakimləri açıqlandı
-
21:25
Gəncədə III MDB Oyunlarının bağlanış mərasimi keçirildi
-
19:13
Azərbaycan millisi Fransaya biabırçı hesabla uduzdu
-
17:51
Müxtəlif şəhər və rayonların güləş zallarına baxış keçirilib
-
17:00
Azərbaycan III MDB Oyunlarını 184 medalla başa vurdu
-
16:42
Emre Belözoğlunun yeni iş yeri məlum oldu
-
16:34
Bədii gimnastlarımız III MDB Oyunlarında 8 medal qazanıblar
-
15:56
Cüdo üzrə millimizin Qran-Pri üçün heyəti açıqlanıb
-
15:27
"Gəncə" amerikalı basketbolçu ilə güclənib
-
15:15
Azərbaycan amputant futbolçular arasında Millətlər Liqasının oyunlarına ev sahibliyi edəcək
-
15:00
Ayxan Abbasov: “Maksimum xal qazanmaq istəyirik”
-
14:48
Millimiz Fransaya yollandı
-
14:33
Azərbaycan klublarının üzv olduğu futbol qurumu adını dəyişib
-
13:57
"Araz-Naxçıvan" I Liqa klubu ilə qarşılaşacaq
-
13:21
Ronaldo tarixin ilk milyarder futbolçusu oldu
-
12:44
Fransa - Azərbaycan oyunu norveçli hakimlərə tapşırıldı
-
12:32
PFL ayın ən yaxşı qollarını açıqladı
-
12:19
Cordan Rezabala: “Çoxları “Neftçi”nin uğur qazanmasını istəmir”
-
11:50
U-17 millimizin heyətində dəyişiklik
-
11:26
Konseysaonun yeni klubu bilindi
-
11:03
Türkiyəli basketbolçu Azərbaycan klubunda
-
10:48
Avropa çempionatı: İki boksçumuz finalda, biri bürünc medal qazanıb
-
10:37
Prezidentin nümayəndəsi: “Naxçıvanda stadionun yenidən qurulması nəzərdə tutulur”
-
10:25
"Araz-Naxçıvan" Naxçıvana səfər etdi FOTOLENT
-
10:11
“Napoli”də yeni müqavilə
-
09:54
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarına bu gün yekun vurulacaq
-
09:42
Şahmat millimizdən Avropa çempionatında növbəti qələbə
-
09:29
Azərbaycan medal sıralamasında yenidən ikinci pilləyə yüksəldi
-
19:48
Daha bir boksçumuz Avropa çempionatının finalında
-
19:15
Yunan-Roma güləşi üzrə millimiz III MDB Oyunlarını 6 medalla başa vurub
-
18:53
Azərbaycanın paragüllə atıcısı Avropa çempionu olub
-
18:31
MDB Oyunları: Azərbaycanın bədii gimnastları komanda hesabında üçüncü olublar
-
18:00
"Bakı-Xankəndi" velosiped yarışı keçiriləcək
-
17:47
MDB Oyunları: Azərbaycanın yunan-Roma güləşçisi gümüş medal qazanıb
-
17:22
Azərbaycan gimnastı: “Fəxri kürsüdə yer aldığım üçün çox sevincliyəm”
-
16:54
Boksçumuz Avropa çempionatında finala yüksəlib
-
16:16
PFL rəsmisi: "Yevlax şəhər stadionunda bəzi çatışmazlıqlar var"
-
15:38
Azərbaycan bədii gimnastı III MDB Oyunlarında gümüş medal qazanıb
-
14:49
Ehtiram Quliyev Tovuz şəhər stadionunda aparılan təmir-bərpa işləri ilə tanış olub FOTOLENT
-
14:23
Elxan Abdullayev: “Yaxşı nəticələrlə dönməyə çalışacağıq”
-
14:01
“Zirə”nin müdafiəçisi milliyə dəvət aldı
-
13:38
Musa Qurbanlı: “Azarkeşlərin atama olan sevgisi, inamı ilə fəxr edirəm”
-
13:17
"Qarabağ" "Atletik"lə oyuna görə azarkeşlərə müraciət edib
-
12:55
Çexiya - Azərbaycan oyununa hakim təyinatları açıqlanıb
-
12:24
Azərbaycan və Tunis antidopinq sahəsində birgə əməkdaşlıq imkanlarını araşdırır
-
12:00
Rüstəm Əhmədzadə: “Bu məğlubiyyətdən sonra daha güclü olacağıq”
-
11:46
Azərbaycanın çövkən üzrə millisi III MDB Oyunlarının qalibi olub
-
11:13
Millimiz Fransa və Ukrayna ilə oyunların hazırlığına başlayıb
-
10:51
“Mənə olan güvənə görə “Turan Tovuz”a minnətdaram”
-
10:39
III MDB Oyunlarının bağlanış günündə Gəncənin bəzi yollarında məhdudiyyətlər tətbiq olunacaq
-
10:27
Şuşada “İgidlərin izi ilə” adlı Zəfərə həsr olunmuş turnir keçirilib
08.10.2025
07.10.2025













