1 Noyabr 2024, Cümə
"Qəbələ" və "İmişli" 1/8 finalda
XII turun hakim təyinatları
“Neftçi” yeni əməkdaşlığa başladı
Daha 4 komanda 1/8 finalda

Ölkə futbolu

Samir Əliyev: "Mənim yerimdə kim olur-olsun, çətin məsələdir"

"Qrupumuzun liderinə qarşı oynayırdıq. Hesabda geri düşməyimizə baxmayaraq, bizim də qol vurmaq üçün real imkanımız oldu".

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Azərbaycanın U-21 millisinin baş məşqçisi Samir Əliyev Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Ukraynaya 0:3 hesabı ilə uduzduqları oyundan sonra deyib.

O, Ukrayna futbolunun həmişə öndə olduğunu bildirib: "Bu ölkədə hər zaman güclü futbolçular yetişib. Aşağı yaş qruplarından ibarət yığma komandaları hər zaman Avropa çempionatlarında iştirak edib və edirlər. Əbəs yerə qrupda bütün oyunlarını qələbə ilə başa vurmayıblar və təsadüfi deyil ki, birinci pillədə qərarlaşıblar".

S.Əliyev İngiltərəyə 1:5 hesablı məğlubiyyətdən sonra komandasını bu oyuna motivasiya etməyin asan olmadığını qeyd edib:  "Bu matça həm psixoloji, həm də fiziki olaraq hazırlaşmaq çox çətin oldu. Nəriman Axundzadə real qol imkanından istifadə edə bilmədi. Hesab 0:2 olanda isə futbolçular dərk edirdilər ki, geridönüş etmək çətin görünür. Bu vəziyyətdə Xəyal Əliyev və Rüfət Abbasov kimi daha gənc futbolçuları meydana buraxdıq ki, ən azından ab-havanı hiss etsinlər".

Millinin çalışdırıcısı heyətdə problemlərinin olduğunu da deyib: "Rəqibin futbolçuları Ukrayna Premyer Liqasında oynayırsa, kənardan nə qədər qışqırsaq da, çətindir. Bundan əlavə, bizdə Premyer Liqa təcrübəsi olan Veysəl Rzayev, Fərid Yusifli yox idi. Abdulla Rzayev 52 gündür məşq etmirdi, zədəli olub. Bir həftədir məşqlərə başlayıb. Ona şans verdik. Amma gördük ki, hələ hazır deyil. Bizim kimi komandalarda 3-4 nəfər olmayanda əziyyət çəkirik”.

S.Əliyev futbolçularının Premyer Liqada şans qazanmamasından şikayət edib: "Baş məşqçi təyin olunandan sonra düşünürdüm ki, bu futbolçular Premyer Liqada oynayacaq. Çünki onların potensialını bilirik. Amma zaman keçdikcə görürük ki, heç kim oynamır. Ukrayna ilə ötən ilin noyabr ayında oynamışdıq. 4 ay fasilə olanda çətinlik çəkirik. Mənim yerimdə kim olur-olsun, çətin məsələdir. Premyer Liqada oynayan 15 futbolçu olsa belə, Ukrayna, İngiltərəyə qarşı mübarizə aparmaq çox çətindir. Amma oyun təcrübəsi çox olan futbolçularımız olarsa, işimiz bir az rahatlaşar. Bu oyunlar göstərdi ki, Premyer Liqada, 1-ci liqada və əvəzedicilər liqasında oynayan futbolçular arasında fiziki hazırlığa görə fərq var. Premyer Liqada oynayan futbolçular daha hazırlıqlıdır. 1-ci liqada oynayanlar çatdırmır. Bu, bu günün problemi deyil".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30