Ölkə futbolu
Samir Abasov: "Mövsümün sonunda hansı yerdə olacağıqsa, o da bizim hədəfimizdir"

"Uduzmağımızın səbəbi göz qabağındadır. İki səhv etdik, iki qol buraxdıq, bunun altından çıxa bilmədik. Ondan sonra rəqibə bir epizod da vermədik".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 27-ci turunun "Sabah"la görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
1:2 hesablı məğlubiyyəti şərh edən mütəxəssis qarşıdan gələn fasilədə yaxşı hazırlaşacaqlarını bildirib: "Dəyişikliklərlə oyunumuzu daha da yaxşılaşdırdıq. Meydanda qalib gəlmək istəyən komanda gördüm. Futboldur da, qələbə və məğlubiyyətlərə hazırıq. İki həftəlik fasilə olacaq. Yaxşı, sakit hazırlaşacağıq".
S.Abasov "Sizə elə gəlmir ki, siz texniki zonada Kasimir Ninqadan daha çox hərəkətli idiniz" sualına belə cavab verib: "Xeyr, passiv deyildi. Oyunun gedişatında 1-2 dəfə mövqeyini dəyişdim. Yəqin ki, ora adaptasiya ola bilmədi. Adlara bölmək istəməzdim. Komanda olaraq pis deyildik".
S.Abasov ikinci pillədə gedən komandasından milliyə iki oyunçu, həm də ehtiyat qüvvə kimi dəvət olunmasına münasibət bildirib: "Bunlar şəxsi fikirdir. Millinin müvəqqəti məşqçilərin fikri belədir. Baş məşqçi postuna kimlər gələcəksə, hər birimizi onların verəcəyi qərara hörmətlə yanaşmağı çağırıram. Tanıdıqları oyunçulardır, onları çağırıblar. Millinin iki oyunu var, bəlkə də çox rotasiya etmək istəməyiblər. Niyə komandamdan futbolçu çağırmayıblar, sözünü deməyəcəm. Bundan sonra da belə olacaq. Nəyə görə? Hər bir məşqçinin seçiminə hörmət etmək lazımdır".
Baş məşçi çempionatdakı hədəfləri ilə bağlı da danışıb: "Bunu heç kim deyə bilməz. Bizdə ümumiyyətlə, ikinci yer, avrokubok zonası olmayıb. Amma komanda meydana qələbə üçün çıxır. Mövsümün sonunda hansı yerdə olacağıqsa, o da bizim hədəfimizdir. Hədəflər mövsümün əvvəlində, məşqçi yox, klub tərəfindən qoyulur. Qoyulan hədəflərə görə də hərəkət edirsən. Biz təzə komandayıq, bu il çox oyunçu dəyişmişik. Komanda qururuq, daha da güclənmək istəyirik, rahat futbol oynamaq fikrindəyik. Get-gedə komandanın onurğası düzələcək. Hədəfi klub qoymalıdır. Hədəf çatmırsansa, baş məşqçi getməlidir. Çempionatın ortasında hədəf haqda danışmaq düzgün deyil. Mövsümün əvvəlində klub tərəfindən qoyulan hədəf liqada qalmaq idi".
S.Abasov "Azarkeşlərin stadiona gəlməsi üçün nə etmək lazımdır" sualını belə cavablandırıb: "Bu, Azərbaycan çempionatında baş verən hadisədir. Təkcə bizimlə bağlı deyil. Bunu oturub, başbilənlər fikirləşməlidir. Bu vaxta qədər bizdəki bəhanə stadion idisə, artıq bu da keçərli deyil. Meydança idealdır. "Sumqayıt" buna qədər ikinci yerdəydi, tutduğumuz mövqeyə də irad ola bilməzdi. Pis oynayırdıq deyim, bu da gəlməmə səbəb deyildi. Başbilənlər oturub fikirləşməlidir ki, azarkeşləri stadiona gətirsin. Mən sadəcə hər konfransda onlara çağırış edə bilərəm".

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi” daha iki transferi rəsmiləşdirdi - ÖZƏL
- Vüqar Nadirovla yolları ayıran “Şəmkir”də yeni baş məşqçi
- “Kəpəz”dən ayrılan futbolçu “Səbail”də - ÖZƏL
- Erkin İbrahimov “Kəpəz”dən gedir?
- "Neftçi" Ozobiçlə yollarını ayırdı
- “Neftçi” hazırlığa start verdi
- “Səbail”in hücumçusu legioner həyatı yaşayacaq - ÖZƏL
- “Səbail” “Bakı”nın daha bir yetirməsini transfer etdi
- İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
- Rəşad Sadıqovdan “Neftçi” rəhbərliyinə təşəkkür
- "Zirə" 4-cü transferini reallaşdırdı
- “Lill”in yetirməsi “Neftçi”də - SON DƏQİQƏ
- PFL I Liqanın başlama tarixini açıqladı
- Hamidu Keyta “Araz-Naxçıvan”da
- “Göstərilən münasibəti nəzərə alaraq, “Sabah”la müqaviləni birtərəfli qaydada pozdum”
-
11:35
Azərbaycan Üzgüçülük Federasiyasında yeni təyinat reallaşıb
-
11:16
Kamal Umudlu UEFA-dan təyinat alıb
-
10:59
Rüfət Abdullazadə Xorvatiya klubunda
-
10:47
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatına start verilib
-
10:23
“Neftçi” bu gün Polşada növbəti oyununa çıxacaq
-
10:02
Azərbaycan bilyardçısı Avropa çempionatında tarixi nailiyyətə imza atıb
-
09:51
Adil Şükürov: “Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq”
-
09:34
Millimizin futbolçusu Rusiyada turun rəmzi yığmasına düşüb
-
09:18
"Sumqayıt" məşqlərini davam etdirir FOTOLENT
-
23:18
“Qarabağ” Dublində FOTOLENT
-
21:00
"Kəpəz" "Qəbələ"yə məğlub oldu
-
20:32
"Şamaxı" "Karvan"a qalib gəldi
-
18:21
Asim Xudiyevə UEFA-dan növbəti təyinat
-
17:47
"Neftçi" məşqçisi ilə yollarını ayırdı
-
16:55
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin Könüllü Proqramının növbəti mərhələsi uğurla yekunlaşıb
-
16:34
Konfrans Liqası: Təmsilçilərimizin potensial rəqibləri müəyyənləşdi
-
16:19
Azərbaycanın qadın güləşçiləri Macarıstanda toplanış keçirlər
-
16:03
"Qarabağ"ın cavab oyunu italyanlara tapşırıldı
-
15:46
“Şelbrun” - “Qarabağ” cütünün məğlubunun potensial rəqibi bilindi
-
15:28
"Səbail" yay hazırlıq planını məlum oldu
-
14:55
Emin Əmrullayev Türkiyənin tanınmış klubunun prezidenti ilə görüşüb
-
14:32
“Neftçi”nin Polşadakı ikinci oyununun başlama vaxtı açıqlandı
-
14:11
ÇL: "Qarabağ"ın 3-cü mərhələdəki potensial rəqibi müəyyənləşdi
-
13:27
Mahir Emreli: “Onlara dedim ki, biz cəhənnəmə gedirik?”
-
12:14
"Qarabağ" azarkeşlərinə müraciət edib
-
12:00
Renatın komandasından uğurlu start VİDEO
-
11:26
Universiadada 3 medal qazanmış Azərbaycan bədii gimnastları Vətənə dönüblər
-
11:09
“Şelburn” - “Qarabağ” oyununu yayımlayacaq kanal müəyyənləşdi
-
10:58
Əvvəl “Aris”, sonra “Araz-Naxçıvan”
-
10:37
"Qalatasaray" Avstriya klubuna qalib gəldi VİDEO
-
10:12
Babək Quliyev UEFA-dan təyinat alıb
-
09:54
Azərbaycan atıcısı Avropa Kubokunda iki gümüş medal qazanıb
-
09:41
“Sumqayıt”dan ayrılıb, Türkiyə klubuna keçdi
-
09:23
Azərbaycan idmançıları bu gün Universiada beş növ üzrə yarışacaqlar
-
09:13
Azərbaycan Cüdo Federasiyasında Milli Mətbuat Günü qeyd olunub
-
09:00
Renat Dadaşov debütunda qələbəyə sevindi
-
11:16
Əvvəl Rəşad Sadıqov, sonra Qonsalo Qarsiya
-
10:41
"Şelburn" - "Qarabağ" oyununa biletlər tükənib
-
10:23
Messinin dublu qələbə gətirdi VİDEO
-
10:00
Azərbaycanın Skopye-2025-dəki bayraqdarları müəyyənləşib
-
22:49
Krivotsyukun komandasından uğursuz sonluq
-
22:33
Azərbaycan güləşçilərindən daha iki medal
-
21:15
Sumqayıtda bədii gimnastika üzrə şəhər birinciliyi keçiriləcək
-
20:22
"Turan Tovuz" "Çorum"la heç-heç etdi
-
18:57
Qubada cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün xüsusi proqramın nəzəri dərsləri başlayıb
-
18:36
“Neftçi”nin Polşa toplanışı davam edir FOTOLENT
-
17:03
“İmişli” gücünü “Araz-Naxçıvan”ın əvəzedicilərinə göstərdi
-
16:48
İsgəndər Cavadov akademiyası və “Dinamo” təhdid qarşısında
-
15:51
Azərbaycanın 4 taekvondoçusu universiadada çıxışını başa vurub
-
15:32
“Qarabağ”ın təşkilatçılığı ilə minifutbol turniri keçirilib FOTOLENT
22.07.2025
21.07.2025
20.07.2025
19.07.2025













