Ölkə futbolu
Rəşad Sadıqov: “Bizə hakimlərin yox, azarkeşlərin simpatiyası lazımdır”

“Qola kimi hər şey planlaşdırdığımız kimi gedirdi. Müdafiədən çıxanda top itkisindən sonra rəqib ilk hissənin son dəqiqələrində fərqləndi. Bundan başqa təhlükəli qol epizodları yox idi. Bizim isə bir epizodumuz oldu. Rəhim Sadıxov qapıya zərbə əvəzinə ötürmə verdi”.
Futboxeber.az saytının məlumatına görə, bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Azərbaycan Premyer Liqasının 26-cı turunda “Qarabağ” 1:3 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.
Təcrübəli mütəxəssis fasilədən sonra daha açıq oyun getdiyini bildirib: “Hesabı bərabərləşdirmək üçün yaxşı fürsətlərimiz var idi. Təəssüflər olsun ki, son fazada ötürmələr, zərbələr alınmadı. Ümumən futbolçuların apardığı mübarizədən, oyun planından narazılığım yoxdur. Turnir cədvəli elədir ki, hər oyunda xal qazanmaq lazımdır. Bu gün yaxşı oyundan daha önəmli olan nəticədir. Təəssüf ki, bunu əldə edə bilmədik”.
O, yalnız kubok barədə düşünmədiklərini söyləyib: “Turnir cədvəli hələ ki, yalnız kuboku düşünmək üçün şərait yaratmır. Önümüzdəki komanda ilə aramızda 1 xal fərq var. Növbəti tur bizim üçün olduqca vacibdir”.
R.Sadıqov qeyd edib ki, turnir cədvəlində komandalar arasında xal fərqini az olması onları basqı altında saxlayır: “Bu, həm də əlavə istəklə oynamağa vadar edir. Hər komandanın avrokuboklara vəsiqə qazanmaq imkanı var. Oyunların daha da gərgin keçməsi bununla bağlıdır. 26 turdan sonra "Qarabağ"dan başqa digər komandaların maksimum 10 qələbəsi var. Ümumiyyətlə, çempionatda qələbə qazanmaq çox çətindir. Bu periodda oyununu qoruyub saxlayan, daha soyuqqanlı olan komanda daha uğurlu nəticə əldə edəcək. Çoxsaylı itkilərimiz var. Hücum xəttində oynatmağa oyunçumuz yoxdur”.
Sadıqov bu gün “Qarabağ”ın qapısına yol tapan Sezar Meza Kollinin çıxışına da toxunub: “Əslində bu gün onun oynamağını planlaşdırmırdıq. Sadəcə olaraq oyun elə getdi ki, düşündük 15-20 dəqiqə istifadə edək. Bir az riskli idi. Amma onun meydana girişi özünü doğrultdu. Meza Kollinin vaxta ehtiyacı var. Düşünürəm ki, qısa müddət ərzində öz formasını bərpa edər”.
Sadıqov "Zirə"nin fəxri prezidenti Orxan Məmmədovun AFFA prezidentliyinə namizəd olacağı barədə sualı belə cavablandırıb: “Mən o səlahiyyətdə insan deyiləm ki, AFFA prezidentliyini müzakirə edim. Mən məşqçiyəm. Oyunumuz, komandam haqda danışıram. Azərbaycan futboluna uğurlar arzulayıram, yeni prezidentimiz xeyirli olsun. Mənim bildiyim qədərilə Orxan Məmmədov namizədliyini irəli sürməyib və sürməyəcək”.
“Zirə”nin çalışdırıcısı ən azı Konfrans Liqasına vəsiqə qazanmaq istədiklərini söyləyib: “Amma hər komanda Avropa Liqasında oynamaq istəyər. Çünki orada məğlub olacağını təqdirdə Konfrans Liqasına düşürsən. Hər şey gedişatdan asılıdır. Məsələn "Turan Tovuz"la oyunda qələbəyə köklənmişdik. Amma o qədər hadisələr baş verdi ki, 1 xalla ayrıldıq. Təbii ki, 13 turdan sonra 2-ci yeri istəyirdik. Amma bu gün turnir cədvəli elədir ki, 3-cü yer də, 4-cü yer də yaxşı sayılacaq”.
Rəşad Sadıqov "Araz-Naxçıvan"ın baş məşqçisi Azər Bağırovun “hakimlər haqda danışan komandara simpatiya var” fikrinə də münasibət bildirib: “Düşünmürəm ki, Azər Bağırov bizi nəzərdə tutub. Əgər ad çəkilibsə, mənim fikir bildirməyim doğru olar. Bizim oyunlarda baş verən hakim səhvlərini hamı bilir. Bu da özünü turnir cədvəlində büruzə verir. Siz simpatiya hiss edirsiz? Mən bilmirəm. Keçən oyunda 40-cı dəqiqədən azlıqda qaldıq. Hələ simpatiya hiss etməmişik. Heç bunu istəmirik də. Bizə azarkeşlərin simpatiyası lazımdır. Hakimlərin kiməsə simpatiyası olmağa ixtiyarı yoxdur. İstəmirəm ki, əvvəlki səhvlərə görə bu gün mənim xeyrimə səhvlər olsun. Ədalətli hakimlik olsun”.
Sonda o, "Qarabağ"ın "Bayer"lə cavab oyunu haqda fikirlərini açıqlayıb: “Şans hər zaman var. Təbii ki, rəqib güclüdür. Hamımız istəyirik ki, "Qarabağ" mərhələni keçsin. Mən inanıram ki, "Qarabağ" mərhələni keçəcək. Qurban Qurbanova, komandaya baxdıqda o inam gəlir. Türkiyə, Rusiya klubu olsa, deyərdim ki, şansları yoxdur. İnanıram ki, "Qarabağ" həmin gün ən uğurlu oyununu keçirib hamımızı sevindirəcək”.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin legioneri: “Bu, penaltidirsə, mən futbolla vidalaşaram”
- Azər Bağırovdan qələbə şərhi
- AFFA-dan hakimlərə xüsusi tapşırıq - ÖZƏL
- Yenə “Sabah”, yenə hakim biabırçılığı...
- VI turun hakim təyinatları açıqlandı
- “Sabah”ın qolunu alqışlayan AFFA-nın vitse-prezidenti... - TƏƏSSÜRAT
- Elvin Məmmədov: “Bu dəqiqə o riski edə bilmərik”
- “Qurban olum, Qurban hocaya”
- Azərbaycan millisinin qrupunda 12:0 hesabı
- Zidan hazırda ən çox bəyəndiyi 3 futbolçunun adını açıqladı
- Osihmen “Neftçi”nin futbolçusunun arzusunu puç etdi
- Bakı Olimpiya Stadionunun son durumu - “Qarabağ” burada necə oynasın?
- Türkiyə mətbuatı: "Abubakarı əvvəl “Beşiktaş”a aparmışdı, indi “Neftçi”yə..."
- İmad Faraj: “Hakimlər hər tur “Neftçi”ni “öldürürlər”
- Pərviz Qaraxanov: “Çempionluq yolunda qələbə bizim üçün vacib idi”
-
19:58
Qadın voleybolçular arasında Yüksək Liqanın II turuna start verilib
-
19:23
İsrailin Azərbaycandakı səfirliyi amputant futbolçulardan ibarət yığmanı qəbul edib
-
19:00
“Qarabağ” İspaniyaya yollandı
-
18:35
Taekvondo Federasiyasının təşkilatçılığı ilə dan imtahanı keçirilib
-
18:09
Millimiz 23 futbolçu ilə Qazaxıstana gedir
-
17:47
II Liqada VI tur start götürüb
-
17:26
İsveç millisində yeni baş məşqçi
-
17:14
“Atletik”in futbolçusu: “Qarabağ”ın 6 xal yığması məni təəccübləndirmir”
-
16:32
Azərbaycan badmintonçusu Çexiyada bürünc medal qazanıb
-
16:20
Felipe Santos: “Məncə, “Neftçi”nin ikinci qolunda ofsayt var idi”
-
15:58
Azərbaycan cüdoçuları dünya reytinqində irəliləyiblər
-
15:49
Azərbaycan Basketbol Federasiyasının məşqçilər üçün seminarı başa çatıb
-
15:23
“Qarabağ” "San Mames"də dəstəksiz qalmayacaq
-
14:15
Mbappe "Real"a qələbə qazandırdı VİDEO
-
13:51
Daha 5 boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
13:30
“Zirə”nin Mikelsi: “Bir məğlubiyyət dünyanın sonu deyil”
-
12:47
"Qəbələ"dən hakimlərə etiraz VİDEO
-
12:24
"Atletik" - "Qarabağ" oyununun hakimləri müəyyənləşdi
-
12:08
Qurban Qurbanov: “Qarabağ” mənim birinci evimdir”
-
11:52
Dünya çempionatında Azərbaycanı 9 taekvondoçu təmsil edəcək
-
11:16
Azərbaycan Premyer Liqasında cari mövsümün rekordu qeydə alınıb
-
10:39
"Sumqayıt"dan əlamətdar qələbə
-
10:23
Cüdo millimiz Meksikada 9 medal qazanıb, komanda hesabında birinci olub
-
10:00
Sessi D’Almeyda: “Abubakarın gəlişi “Neftçi”yə güc qatacaq”
-
09:45
"Milan" əzmkar qələbə ilə zirvədə VİDEO
-
09:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Fənərbaxça"nın qələbəsi VİDEO
-
22:00
"Neftçi" hesabı açsa da... VİDEO
-
21:37
Samir Abasov: “Xal qazandıq, yoxsa itirdik deyə bilmirəm”
-
21:12
Elmar Baxşıyev: “Epizod elədir ki, dəqiq qərar vermək olmur”
-
20:26
“Zirə” uduzdu, “Neftçi” - “Araz-Naxçıvan” oyununda 4 qol vuruldu
-
19:41
“Qarabağ”ın əməkdaşı Yohan Kroyf institutunun mükafatını alıb
-
19:08
Rəşad Sadıqov: “Belə məğlubiyyət bizə yaraşmadı”
-
14:59
Millətlər Liqası: Azərbaycanın amputant millisindən növbəti qələbə
-
14:15
Abubakar gəldi, siz də gəlin – Stadion aeroportdan yaxındır
-
13:34
Üç boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb
-
13:03
"Arsenal"ın qələbəsi VİDEO
-
12:42
Cüdoçularımız Qran-pridə 2 qızıl, 1 bürünc medal qazanıblar
-
12:27
Sane dubl etdi, "Qalatasaray" qalib gəldi VİDEO
-
12:16
Türkiyə mətbuatı: "Abubakarı əvvəl “Beşiktaş”a aparmışdı, indi “Neftçi”yə..."
-
12:08
"İnter" Romadan qələbə ilə qayıtdı VİDEO
-
11:51
“Neftçi”nin qapıçısı məşqçisinə maşın hədiyyə etdi
-
11:39
"Bavariya" "Borussiya"nı məğlub etdi VİDEO
-
11:25
Mehdi Cənnətov: “Layiqli qələbə qazandıq”
-
11:13
"Kəpəz"in səfərdə 25-ci böyükhesablı qələbəsi
-
11:00
"Napoli" səfərdə uduzdu VİDEO
-
10:44
“Qarabağ”ın bombardirlər siyahısında 2-ci yerə yüksəldi
-
10:32
Haaland "Mançester Siti"yə qələbə qazandırdı VİDEO
-
10:16
"Qarabağ" "Simurq"un rekordunu təkrarladı
-
10:08
"Barselona" sonda sevindi VİDEO
20.10.2025
19.10.2025













