Ölkə futbolu
Qurban Qurbanov: “Əfsuslar olsun ki, vəziyyət belədir”
"Futbolçularımı təbrik edirəm. Bu oyuna köklənmək bir az çətin idi. Amma onlar bunu bacardılar. Heyətdə xeyli dəyişiklik etmişdik. Çatışmazlıqlar oldu. Lakin üstünlüyü saxlaya bildik. İlk yarı qapalı oyun oldu, ikinci yarı daha açıq oyun getdi. Yaxşı, sürətli hücumlar gördük. Samir Abasova uğurlar arzulayıram".
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Premyer Liqanın 24-cü turunda “Sumqayıt”ı 2:0 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.
O, növbəti turda "Neftçi" ilə oyunun təxirə salınmadığını bildirib: “Həm "Neftçi", həm də "Qəbələ" ilə oyun təsdiqlənib. İki oyununun təxirə salınmasının çətin olduğunu dedilər”.
Qurbanov "Bayer"in düşərgəsində olarkən Xabi Alonso ilə apardıqları müzakirələrdən də söz açıb: “Daha çox nəyə üstünlük verməsi ilə bağlı söhbətimiz oldu. Bəzən oyunun gedişatında oyunun stilində dəyişiklik edir. Bunu analizlərdə görmüşdük, oyunlarına çox baxmışdıq. Almaniyadakı matçda fərqli tələbləri var idi, Bakıdakı görüşdə fərqli. Düşündüklərimiz var idi, onu özü də dedi. Futbolun dili birdir. Oyunçuların ustalıq səviyyəsi, oyun sürəti, ilboyu o tempə dözmək... Bu, daha üstün cəhətdir”.
Mütəxəssis çempionatdakı rəqiblərin “Qarabağ”a müqavimət göstərə bilməməsinə belə münasibət bildirib: “Mənim üçün cavab vermək çətindir. Biz bu çempionata, oyunlara uyğunlaşmışıq. Oyunçuları lazım olan dərəcədə, qaydada hazırlayırıq. Azərbaycan futbolu üçün daha da böyük çempionat olsa, biz qarışıq hamımız güclənsək, azarkeş üçün maraqlı olar. Amma bugünkü potensialımız budur və bununla da razılaşmalıyıq”.
Q.Qurbanov vurğulayıb ki, futbolun səviyyəsini qaldırmaq üçün azarkeş amili böyük rol oynayır: “Azarkeş stadionda olanda, oyunlar gözəl, daha yaxşı görünür, oyunlar da, futbolçular da aktiv olur. Futbolun səviyyəsini qaldırmaq üçün azarkeş amili böyük rol oynayır. Futbolçu potensialından daha da artığını etməyə çalışır. Azarkeşlər gəlsə, hamımız sevinərik. Oyunçular daha çox qol vurmaq istəyər. Daha çox faydası var. Amma əfsuslar olsun ki, vəziyyət belədir”.
“Qarabağ”ın çalışdırıcısı Adama Diakabi ilə vidalaşmaq fikrində olmadıqlarını söyləyib: “Bizim tərəfimizdən iddia olmayıb. Biz klub, məşqçi olaraq, ona heç nə deməmişik. Sadəcə, mətbuatda "Qarabağ" onu göndərmək istəyir deyə, yazılar çıxmışdı. Bu da məlumdur. Az oynayırdı, az şans qazanırdı, Avropa Liqasının siyahısına salmadıq deyə, belə fikirlər formalaşdı. Lakin Adama bizim futbolçumuzdur, onunla mövsümün sonuna qədər müqaviləmiz var. Ona görə gündəmdə belə bir şey yoxdur”.
Qurban Qurbanov köməkçisi Zaur Tağızadənin mətbuata qapalı olmasına da toxunub: “Elə ona görə də "qızıl oğlan"dır (gülür). Zaur həqiqətən də "qızıl oğlan"dır. Hamı onun xətrini çox istəyir. Futbolçu vaxtlarında da müsahibələrini nadir vaxtlarda görürdüm. Hərənin öz işi var. Sizlərə müsahibə lazımdırsa, mən verirəm, nə sualınız varsa, verin (gülür). Onlar da öz işləri ilə məşğul olsun”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin futbolçusundan hörmətsizlik - “Sabah”ın formasında şəkil paylaşdı
- Hər şey vəzifəyə çatana qədər idi, Sərxan bəy?
- Slovakiyanın ölkəmizdəki səfiri: “...Vayss sentyabrdan Azərbaycan millisində fəaliyyətə başlayacaq”
- Adil Nağıyevin yeni klubu müəyyənləşdi
- AFFA-dan ayrı-seçkilik: “Kəpəz”ə pul tapılır, “Turan Tovuz”a yox
- Qaş düzəldən yerdə vurub göz çıxarmaq
- Riad Rəfiyev: “Bu komanda, bu şəhər, bu azarkeş avrokuboklara layiq idi”
- 93 yaşlı klub tarixində ilk dəfə Türkiyə Superliqasında
- AFFA Barış Şimşəklə vidalaşdı
- “Turan Tovuz"un təklifini qəbul etməməyimdə Ayxan Abbasovla dostluğumuz başlıca roy oynamadı”
- Mövsümün bəxtsizi - “Səbail”
- Gedəni saxlamazlar
- Aydın Bayramov: “Qarabağ”a 3 qol vurub, yekunda uduzmaq adama çox pis təsir edir”
- Mahmudov “Neftçi”dən getdi
- ETOPAZ: PULSUZ MƏRC GƏLDİ
-
16:54
15 İyun - Azərbaycan Xalqının Milli Qurtuluş Günü VİDEO
-
16:38
"Kəpəz" iki futbolçu ilə yolları ayırdı
-
15:11
Sahil Babayev Olimpiya Oyunlarına lisenziya qazanan boksçularla görüşdü
-
14:00
Avro-2024: Futbolxeber.az-la qazan!
-
13:46
Florian Virts rekorda imza atıb
-
12:22
Ceyhun Nuriyev: “Hər iki oyunda meydanda özünəinamlı Azərbaycan millisi var idi”
-
11:39
Fernandu Santuş daha bir neçə idman obyektləri ilə tanış olub
-
11:17
“Bakı”nın sabiq baş məşqçisi “Füzuli”də
-
10:00
Mərc həyəcanını doyunca yaşamaq üçün bundan əla fürsət ola bilməz!
-
09:44
“Qarabağ”ın baş məşqçisindən çempionluq şərhi: “Finala yaraşan oyun idi”
-
00:56
Avro-2024 darmadağınla başladı
-
23:15
Avro-2024-ün ilk qolu vuruldu
-
21:42
"Şamaxı"da yeni müqavilə
-
19:34
Maksim Medvedevin oğlu da çempion oldu: “Daim atamın dəstəyini hiss etmişəm”
-
19:19
“Qarabağ” finalda “Neftçi”ni məğlub etdi
-
19:06
Musa Qurbanlı “Qarabağ”a qayıtdı
-
18:50
"Araz Saatlı" - "Cəbrayıl" oyununun hakimləri açıqlandı
-
17:33
ETOPAZ-da AVRO 2024 üzrə Fantasy Liqasına qoşulmaq üçün SAATLAR QALDI!
-
17:18
Azərbaycan təmsilçisi multi-idman oyunlarında bürünc medal qazanıb
-
16:47
AFFA şikayətləri təmin etmədi
-
16:25
"Sabah"da ayrılıq
-
15:34
Avro-2024: Münhen - açılış oyununa doğru FOTOLENT
-
15:19
Ayxan Abbasovun köməkçiləri müəyyənləşdi
-
14:52
Azərbaycan samboçusundan bürünc medal
-
14:41
I Liqada ən çox azarkeş toplayan komanda hansıdır?
-
14:06
Çimərlik voleybolu üzrə Azərbaycan çempionatının tarixində dəyişiklik
-
13:28
“Real”ın kapitanı “Əl-İttihad”a keçir
-
13:17
Falkao Kolumbiyaya qayıdır
-
12:34
Azərbaycan millisi FIFA reytinqində irəliləyib
-
12:00
Avro-2024: Futbolxeber.az-la qazan!
-
11:45
Bakıda UEFA-nın dəstəyi ilə keçirilən məşqçi kurslarına yekun vurulub
-
10:53
“Nyukasl” yeni müdafiəçi ilə gücləndi
-
10:29
Hummelsdən ərəblərə "yox" cavabı
-
10:11
Fernandu Santuş idman obyektləri ilə tanış olub FOTOLENT
-
09:47
Azərbaycanın millisi Fransada turnirdə mübarizəyə başlayır
-
09:30
Avro-2024: Şotland azarkeş piyada 42 günə Qlazqodan Münhenə çatdı
-
18:45
Emin Əmrullayev Avropa Kubokuna vəsiqə qazanan basketbolçularla görüşüb
-
18:14
Azərbaycan güləşçiləri Polşada beynəlxalq turnirdə iştirak edəcəklər
-
17:53
Bakıda şahmat üzrə ölkə çempionatı keçirilib
-
17:38
Azərbaycanda basketbol hakimliyi kursları keçiriləcək
-
17:29
Albaniya ilə oyunda zədələnən millimizin üzvünün son durumu məlum oldu
-
17:16
Davit Volkov yenidən “Zirə”də
-
16:50
ETOPAZ-da Avro-2024 üzrə Fantasy Liqasına qoşulmaq üçün son 1 GÜN!
-
16:07
Rövşən Nəcəf Santuşla görüşüb FOTOLENT
-
15:42
İnklüziv minifutbol turniri keçirilib
-
14:31
Davit Volkov "Sabah"dan ayrıldı
-
14:15
Şahmatçımız dünya çempionatında bürünc medal qazanıb
-
13:54
"Sumqayıt" Manteka ilə vidalaşdı
-
13:20
Qurban Qurbanov millinin baş məşqçi seçiminə niyə qatılmayıb?
-
12:43
Fernandu Santuş: "İnanıram ki, tarixi nəticələrə imza atacağıq"