9 May 2024, Cümə axşamı
Nazir iş adamlarına səsləndi
“Neftçi”də maliyyə böhranı
XXXV turun oyun cədvəli açıqlandı
"İmarət"dən yeni görüntülər

Ölkə futbolu

Benzia: "Rəqibimizin "Liverpul" olmasını istəyirəm"

"Qarabağ"ın futbolçusu Yassin Benzia Avropa Liqasının pley-off mərhələsində "Braqa"nı məğlub edərək (ilk oyun - 4:2, cavab oyunu - 2:3) 1/8 finala adlamaqları barədə danışıb.

Futbolxeber.az saytının məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi Bakıdakı cavab görüşündən sonra jurnalistlərə açıqlamasında söyləyib: "Qəliz oyun idi. Biz bu gün mübarizə apardıq və tarix yazdıq. Çox möhtəşəm hisslər yaşayırıq".

O, 1/8 finalda "Liverpul"la qarşılaşmağı arzuladığını söyləyib: "Bilirik ki, sonraki rəqiblərimiz böyük olacaq. Potensial rəqiblərimiz TOP klublardır. Mən isə "Liverpul"u görmək istəyərdim. Gözləyək, görək, püşkatmanın nəticəsi necə olacaq. Biz hər bir rəqibə hazırıq".

Qeyd edək ki, 1/8 final mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

May 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31