19 Oktyabr 2025, Bazar günü
Vensan Abubakar Bakıya gəldi
Saşa İliç qələbəni şərh etdi
"Sumqayıt" darmadağınla III pillədə
"Kəpəz" və "Qarabağ" qalib gəldi

Ölkə futbolu

Rəşad Sadıqov: “Azərbaycan üçün tarixi bir gündür”

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov prezident seçkilərində səsvermə hüququndan istifadə edib.

Futbolxeber.az saytının məlumatına görə, mütəxəssis 11 saylı Binəqədi-Qaradağ seçki dairəsinin 12 saylı məntəqəsində səs verib.

42 yaşlı çalışdırıcı seçkilərdə insanların fəal iştirakını müşahidə etdiyini bildirib: "Azərbaycan üçün tarixi bir gündür. Çünki ilk dəfədir ərazi bütövlüyünü təmin etmiş suveren ölkə kimi seçki keçiririk. Artıq Şuşada, Laçında, Xankəndidə insanlar səsvermə hüquqlarından istifadə edirlər. Bunu eşitmək qürur hissi doğurur. Xalqımız üçün xeyirli olsun".

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparırlar (“Report”).

 

 

 

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Oktyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05
06 07 08 09 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31