16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

Adil Şükürov: “Onun komandaları ilə oyunlar asan keçmir”

“Allaha çox şükür olsun ki, belə vacib oyunda bizə qələbə qazanmaq nəsib oldu. "Kəpəz" azarkeşlərinə dəstəyə görə təşəkkür edirəm. Bura gələn və ya evdən, işdən bizi izləyənlər sevgi göstərirlər. Onların hamısının ürəyi bizimlədir”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri "Kəpəz"in baş məşqçisi Adil Şükürov Azərbaycan Premyer Liqasının 21-ci turunda "Araz-Naxçıvan"a 3:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, futbolçularına da təşəkkür edib: "Çalışdılar ki, verilən tapşırıqları maksimum yerinə yetirsinlər. Düzdür, bəzi çatışmazlıqlar oldu. Qarşıda böyük işlərimiz var, hazırlaşmalıyıq. Azər Bağırov doğrudan da, yaxşı komanda formalaşdırıb. Onun komandaları ilə oyunlar asan keçmir. İndi də bizə böyük çətinliklər yaşatdılar. Rəqibin heyətində bacarıqlı futbolçular var. Biz standart vəziyyətlər zamanı əlimizə düşən imkanlardan istifadə elədik. Məşqlərdə bunun üzərində işləmişdik. Məşqlərdə etdiklərimizi oyunlarda reallaşdıra bilirik və bu bizi sevindirir. Bundan sonra işimiz daha ağır olacaq. Buna hazır olmalıyıq".




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30