16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

"Qarabağ"la oyuna xal qazanmaq üçün çıxacağıq"

"Kəpəz”in futbolçusu Vüsal Məsimov klubun mətbuat xidmətinə açıqlama verib.

Futbolxeber.az saytının məlumatına görə, 23 yaşlı müdafiəçi əvvəlcə Azərbaycan Premyer Liqasının 19-cu turunda "Turan Tovuz"a 2:1 hesabı ilə qalib gəlməkləri haqda danışıb: “Ağır oyun olacağını bilirdik. Gözlədiyimiz kimi də keçdi. Çünki Qərb derbisi həmişə ağır olur. Həm azarkeş baxımından, həm də atmosfer baxımından. Qələbə qazandığımız üçün çox sevincliyik”.

O, 20-ci turda "Qarabağ"a qarşı keçirəcəkləri matç barədə də fikirlərini bölüşüb: “Qarabağ”la matça çox yaxşı hazırlaşırıq. Onların gücü hər kəsə bəllidir. Çempionatda liderlik edirlər. Buna baxmayaraq, çalışacağıq ki, öz gücümüzü göstərək. Meydana xal qazanmaq üçün çıxacağıq".

V.Məsimov ev oyunlarında maksimum xal qazanmağa çalışacaqlarını dilə gətirib: "Düzdür, "doğma divarlar" arasında oynamayacağıq. Ancaq azarkeşlərimiz Qəbələdə də bizi tək qoymurlar. Xüsusən ev matçlarında maksimum xal toplamağa çalışacağıq".

Qeyd edək ki, yanvarın 27-də keçiriləcək “Kəpəz” - “Qarabağ” oyunu saat 15:00-da başlayacaq.

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30