16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

“Turan Tovuz”un futbolçusundan antirekord

Azərbaycan Premyer Liqasının XIX turu erkən göstərilən qırmızı vərəqə ilə əlamətdar olub.

Futbolxeber.az saytının məlumatına görə, “Turan Tovuz”un futbolçusu Faiq Hacıyev “Kəpəz”lə səfər oyununun 9-cu dəqiqəsində cəzalanıb.

O, mövsümün antirekorduna imza atıb. Bunadək ən erkən qırmızı vərəqə VI turun “Zirə” - “Sumqayıt” oyununda (1:0) qeydə alınmışdı. Pyer Zebli 11-ci dəqiqədə meydan sahiblərini azlıqda qoymuşdu.

Faiq həm də Premyer Liqanın PFL-in bayrağı altında keçirildiyi 2008-ci ildən indiyədək ən erkən qırmızı vərəqə alan azərbaycanlı futbolçu olub. Bu müddətdə yerli statusa malik futbolçulardan heç biri daha tez cəza almayıb.

Ümumilikdə isə Hacıyev PFL bayrağı altında təşkil olunan Premyer Liqada 3-cü ən erkən qırmızı vərəqənin müəllifidir. 2017/18 mövsümündə iki legioner daha tez meydandan kənarlaşdırılıb. “Kəpəz”in keçmiş üzvü Dedimar Fereyra 2017-ci il noyabrın 18-də “Səbail”lə ev matçının (2:3) 5-ci, “Zirə”nin sabiq futbolçusu Milan Duriç isə 2018-ci il mayın 12-də “Kəpəz”lə ev görüşündə (2:1) 9-cu dəqiqədə belə ağır cəza alıb. Ən erkən üç qırmızı vərəqənin hamısı Gəncə klubunun iştirak etdiyi görüşlərə təsadüf edib (pfl.az).

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30