14 Avqust 2025, Cümə axşamı
“Qarabağ”ın pley-offdakı rəqibi bilindi
AFFA prezidentindən təbrik
"Qarabağ" ÇL-in pley-offunda!
"Araz-Naxçıvan" Nikosiyadadır

Ölkə futbolu

“Neftçi” üçün yubiley

"Neftçi” Azərbaycan çempionatları tarixində 200-cü heç-heçəyə imza atıb.

Futbolxeber.az saytının məlumatına görə, bu yubiley Azərbaycan Premyer Liqasının XIX turuna təsadüf edib.

“Ağ-qaralar” “Sabah”la səfər matçına çıxıb. Bakı derbisi qolsuz başa çatıb.

“Neftçi” 1992-ci ildən daimi iştirakçısı olduğu ölkə çempionatlarındakı 908-ci görüşdə 200-cü sülhə imza atıb. Bakılılara qədər yalnız “Qarabağ” 200 heç-heçə səddini keçib.

Qeyd edək ki, “Neftçi”nin ilk bərabərliyi məhz “Qarabağ”la matçda gerçəkləşib. 1992-ci il sentyabrın 26-dakı ev matçında paytaxt təmsilçisi bir xalı bir qolla qazanıb - 1:1 (pfl.az).

 








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31