Ölkə futbolu
Qurban Qurbanov: “Əfsuslar olsun ki, transferlərdə çətinlik çəkirik”

“Ümumən pis oyun alınmadı. Məşq prosesimiz üzrə yaxşı bir hazırlıq qarşılaşması oldu. Çünki Rəşad Sadıqovla əvvəldən razılaşmışdıq ki, görüşün müddəti çox olsun və bütün futbolçular eyni yükləməni ala bilsinlər”.
Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Zirə”ni 4:0 hesabı ilə məğlub etdikləri yoxlama oyunu barədə danışarkən deyib.
O, matçın hər iki tərəf üçün faydalı olacağını inandığını bildirib: “Səhvlər həddindən artıq çox idi. Bu da normaldır. Çünki demək olar ki, qış fasiləsindən sonra ilk oyunumuz idi. Ümumi götürdükdə inanıram ki, hər iki tərəf üçün faydalı qarşılaşma olacaq”.
Qurbanov təlim-məşq toplanışı üçün ölkə xaricinə yollanmamalarında probleblem olmadığını qeyd edib: “Ölkə xaricinə yollanmadığımız üçün hər hansı əziyyət çəkmədik. Çünki bu müddətdə ölkə xaricində olsaydıq belə, böyük ehtimalla cəmi 1 yoxlama matçı keçirəcəkdik. İkinci oyun olsaydı da, zəif rəqiblə qarşılaşacaqdıq ki, həmin görüşü də əzəvedici heyətlə matçda kompensasiya etdik. “Zirə” çox ciddi rəqib idi. Üstünlüyümüz o oldu ki, bugünkü matçı istədiyimiz formatda keçirdik. Ölkə xaricində olsaydıq, bəlkə də bu formatda oyun keçirə bilməyəcəkdik. Rəqib əks fikir bildirə bilərdi. Amma burda hər şey istədiyimiz kimi alındı”.
Ağdam klubunun çalışdırıcısı 2-3 turdan sonra komandasının əvvəlki formasını bərpa edəcəyini söyləyib: “Fasilə müddəti həddindən artıq az idi. Əvvəldən də qeyd etmişdim ki, bizim futbolçulara istirahət daha çox lazım idi. Ölkə xaricinə gedib güclü rəqiblərlə 2-3 oyun keçirsəydik, bizim üçün ağır olardı. Çünki hələ tam özümüzə gəlməmişik. Çempionatda 2-3 matçdan sonra komanda tam öz oyununa qayıdacaq”.
Qurbanov Leandro Andrade üçün Çindən təklif aldıqlarını təsdiqləsə də, hələlik Andrade ilə vidalaşmaq fikrində olmadıqlarını bildirib:
“Bəli, Leandro Andradeyə görə Çindən rəsmi təklif var idi. Klub üçün də pis təklif deyildi. Lakin bizim hal-hazırda ona ehtiyacımız var. Ona görə də danışıqları maksimum çalışdıq ki saxlayaq. Hələ ki Andrade bizim futbolçumuzdur”.
O, Aleksey Kaşukun “Qarabağ”a gəlişi və Kadi Borgesin mümkün qayıdışı ilə bağlı yayılan xəbərləri belə şərh edib: “Bizdə belə bir məlumat olmayıb. Mətbuatda yazıla bilər. Amma onların hərəsinin özünün klubu var”.
Mütəxəssis transfer çalışmalarında da söz açıb: “Danışıqlar apardığımız oyunçular var. Əfsuslar olsun ki, çətinlik çəkirik. Amma bu, biz yox, qarşı tərəflə bağlı çətinlikdir. Yenə də sona kimi danışıqlarımız davam edəcək”.
Qurbanov cinah müdafiəçisi Mateus Silvanı “Zirə” ilə matçda mərkəzdə sınamasına da toxunub: “Mateusu gələcəkdə də müdafiənin mərkəzində sınamaq olar. Amma bu addımı Kevin Medina yoxdu atmadıq. Median yoxdusa, digər mərkəzi müdafiəçilərimiz var - Bəhlul, Maksim, Rahil, Bədavi... Bəzən futbolçuları dəyişik mövqedə istifadə edirik”.
Həm hücum xəttini, həm də müdafiəni gücləndirmək istədiklərini bildirən Qurban Qurbanov “Sabah”dan transfer olunan Aleksey İsayevin apadtasiyasının normal getdiyini vurğulayıb.
O, Adama Diakabi barədə də danışıb: “O, Fransada istirahətdə idi. Komandamızın üzvü olaraq qalır. Qarşıda hələ vaxt var. Ola bilər ki, Diakabinin adını UEFA Avropa Liqasının sifariş vərəqəsinə də əlavə edək”.
Sonda “Qarabağ”ın baş məşqçisi hər hansı futbolçunu icarəyə vermək barədə düşünmədiklərini sözlərinə əlavə edib.
İbrahim CƏFƏROV

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- “Neftçi”nin legioneri: “Bu, penaltidirsə, mən futbolla vidalaşaram”
- Azər Bağırovdan qələbə şərhi
- Yenə “Sabah”, yenə hakim biabırçılığı...
- AFFA-dan hakimlərə xüsusi tapşırıq - ÖZƏL
- VI turun hakim təyinatları açıqlandı
- “Sabah”ın qolunu alqışlayan AFFA-nın vitse-prezidenti... - TƏƏSSÜRAT
- Elvin Məmmədov: “Bu dəqiqə o riski edə bilmərik”
- “Qurban olum, Qurban hocaya”
- Azərbaycan millisinin qrupunda 12:0 hesabı
- Zidan hazırda ən çox bəyəndiyi 3 futbolçunun adını açıqladı
- Azərbaycan klubu ilə müqavilə imzalamağa gələn qapıçı sərhəddə saxlanıldı
- Osihmen “Neftçi”nin futbolçusunun arzusunu puç etdi
- Bakı Olimpiya Stadionunun son durumu - “Qarabağ” burada necə oynasın?
- İmad Faraj: “Hakimlər hər tur “Neftçi”ni “öldürürlər”
- Türkiyə mətbuatı: "Abubakarı əvvəl “Beşiktaş”a aparmışdı, indi “Neftçi”yə..."
-
19:58
Qadın voleybolçular arasında Yüksək Liqanın II turuna start verilib
-
19:23
İsrailin Azərbaycandakı səfirliyi amputant futbolçulardan ibarət yığmanı qəbul edib
-
19:00
“Qarabağ” İspaniyaya yollandı
-
18:35
Taekvondo Federasiyasının təşkilatçılığı ilə dan imtahanı keçirilib
-
18:09
Millimiz 23 futbolçu ilə Qazaxıstana gedir
-
17:47
II Liqada VI tur start götürüb
-
17:26
İsveç millisində yeni baş məşqçi
-
17:14
“Atletik”in futbolçusu: “Qarabağ”ın 6 xal yığması məni təəccübləndirmir”
-
16:32
Azərbaycan badmintonçusu Çexiyada bürünc medal qazanıb
-
16:20
Felipe Santos: “Məncə, “Neftçi”nin ikinci qolunda ofsayt var idi”
-
15:58
Azərbaycan cüdoçuları dünya reytinqində irəliləyiblər
-
15:49
Azərbaycan Basketbol Federasiyasının məşqçilər üçün seminarı başa çatıb
-
15:23
“Qarabağ” "San Mames"də dəstəksiz qalmayacaq
-
14:15
Mbappe "Real"a qələbə qazandırdı VİDEO
-
13:51
Daha 5 boksçumuz Avropa çempionatında 1/4 finala vəsiqə qazanıb
-
13:30
“Zirə”nin Mikelsi: “Bir məğlubiyyət dünyanın sonu deyil”
-
12:47
"Qəbələ"dən hakimlərə etiraz VİDEO
-
12:24
"Atletik" - "Qarabağ" oyununun hakimləri müəyyənləşdi
-
12:08
Qurban Qurbanov: “Qarabağ” mənim birinci evimdir”
-
11:52
Dünya çempionatında Azərbaycanı 9 taekvondoçu təmsil edəcək
-
11:16
Azərbaycan Premyer Liqasında cari mövsümün rekordu qeydə alınıb
-
10:39
"Sumqayıt"dan əlamətdar qələbə
-
10:23
Cüdo millimiz Meksikada 9 medal qazanıb, komanda hesabında birinci olub
-
10:00
Sessi D’Almeyda: “Abubakarın gəlişi “Neftçi”yə güc qatacaq”
-
09:45
"Milan" əzmkar qələbə ilə zirvədə VİDEO
-
09:31
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
09:17
"Fənərbaxça"nın qələbəsi VİDEO
-
22:00
"Neftçi" hesabı açsa da... VİDEO
-
21:37
Samir Abasov: “Xal qazandıq, yoxsa itirdik deyə bilmirəm”
-
21:12
Elmar Baxşıyev: “Epizod elədir ki, dəqiq qərar vermək olmur”
-
20:26
“Zirə” uduzdu, “Neftçi” - “Araz-Naxçıvan” oyununda 4 qol vuruldu
-
19:41
“Qarabağ”ın əməkdaşı Yohan Kroyf institutunun mükafatını alıb
-
19:08
Rəşad Sadıqov: “Belə məğlubiyyət bizə yaraşmadı”
-
14:59
Millətlər Liqası: Azərbaycanın amputant millisindən növbəti qələbə
-
14:15
Abubakar gəldi, siz də gəlin – Stadion aeroportdan yaxındır
-
13:34
Üç boksçumuz Avropa çempionatına qələbə ilə başlayıb
-
13:03
"Arsenal"ın qələbəsi VİDEO
-
12:42
Cüdoçularımız Qran-pridə 2 qızıl, 1 bürünc medal qazanıblar
-
12:27
Sane dubl etdi, "Qalatasaray" qalib gəldi VİDEO
-
12:16
Türkiyə mətbuatı: "Abubakarı əvvəl “Beşiktaş”a aparmışdı, indi “Neftçi”yə..."
-
12:08
"İnter" Romadan qələbə ilə qayıtdı VİDEO
-
11:51
“Neftçi”nin qapıçısı məşqçisinə maşın hədiyyə etdi
-
11:39
"Bavariya" "Borussiya"nı məğlub etdi VİDEO
-
11:25
Mehdi Cənnətov: “Layiqli qələbə qazandıq”
-
11:13
"Kəpəz"in səfərdə 25-ci böyükhesablı qələbəsi
-
11:00
"Napoli" səfərdə uduzdu VİDEO
-
10:44
“Qarabağ”ın bombardirlər siyahısında 2-ci yerə yüksəldi
-
10:32
Haaland "Mançester Siti"yə qələbə qazandırdı VİDEO
-
10:16
"Qarabağ" "Simurq"un rekordunu təkrarladı
-
10:08
"Barselona" sonda sevindi VİDEO
20.10.2025
19.10.2025













