16 Iyun 2024, Bazar günü
Avro-2024: Futbolxeber.az-la qazan!
Avro-2024 darmadağınla başladı
Avro-2024-ün ilk qolu vuruldu
Musa Qurbanlı “Qarabağ”a qayıtdı

Ölkə futbolu

Şahin Diniyev: “Karyeramda belə oyun olmamışdı”

“Çox gərgin, dramatik bir oyun idi. Komanda bu gün xarakter göstərdi. Bir tərəfdən sevinirəm qələbəyə görə, digər tərəfdən isə zədələnən futbolçularıma görə məyusam”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri “Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XII turunda “Turan Tovuz”u 2:1 hesabı ilə məğlub etdikləri oyundan sonra deyib.

O, komandasının xarakter nümayiş etdirdiyini bildirib: “Birinci hissədə zəif çıxış etdik. Fasilədən sonra komanda toparlandı. Futbolçularla sakit söhbətləşdik. İkinci yarıda çox yaxşı çıxış etdik. Rəqib də ilk hissədə əla təsir bağlşladı. “Turan Tovuz”dan belə oyun gözləmirdim. Komandam döyüşçü xarakteri nümayiş etdirdi. Bu, təsadüfi deyil. Layiqli qələbə qazandığımızı düşünürəm. Şən futbol oynamağa çalışırıq. Bu gün komandam başqa bir futbol oynadı”.

Təcrübəli mütəxəssis bugünkü itkilərin onu qayğılandırdığını bildirib: “Ən böyük problemimiz müdafiədədir. Buna qədər Cabir Əmirli, Vüqar Həsənov, Adil Nağıyev zədəli idi. Bu gün isə onlara Süleyman Əhmədov da qoşuldu. İndiki məqamda əlimizdən nəsə gəlmir. II dövrənin tez bitməyini gözləyirik. Əsas problem də odur ki, zədələnənlərin hamısı yerli futbolçulardır”.

Diniyev bu matçın karyerasında ilk olduğunu vurğulayıb: “Karyeramda belə bir oyun olmamışdı: gərgin, xarakterli, itkili”.

“Səbail”in çalışdırıcısı ilk hissədə komandasının qapıçısı Səlahət Ağayevin sarı vərəqə aldığı epizodu belə dəyərləndirib: “Mən də VAR-da hakimin baxdığı epizodu kənardan izlədim. Top Səlahətin əvvəl başına, sonra əlinə dəydi. Ona görə də, məncə, hakim düzgün qərar qəbul etdi”.

Şahin Diniyev Ayxan Abbasovun hakimlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirməyib: “Nəinki Ayxan Abbasovun, ümumiyyətlə bütün həmkarlarımın fikrinə hörmətlə yanaşıram. Amma buna münasibət bildirmək istəməzdim. Çünki hər kəsin futbolçula baxışı bir cürdür”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Iyun 2024
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30