Ölkə futbolu
"Yurqorden" rəsmisi: "Musa Qurbanlı qol vurmağı sevən tipik 9 nömrədir"

“Musa qol vurmağı və yaranan fürsətlərdən istifadə etmək üçün cərimə meydançasında qalmağı sevən tipik 9 nömrədir. O, bunu "Qarabağ"la daxili çempionatda fantastik göstərici ilə sübut edib".
Futbolxeber.az-ın məlumatına görə, bunu İsveç təmsilçisi "Yurqorden"in idman direktoru Maqnus Andersson Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının transferi barədə klubun rəsmi saytına açıqlamasında deyib.
O bildirib ki, 21 yaşlı hücumçu ambisiyalarını aydın dərk edən çox müdrik və məqsədyönlü futbolçudur: "Seçimində çox diqqətli davrandı. Haqqında çoxlu şayiə dolaşırdı. Bir neçə gündür Stokholmdadadır, klubla, buradakı mühitlə tanış olub. Həmçinin, "Varberq"lə son oyunumuzu izləmək imkanı qazanıb".
Klub rəsmisi gənc forvardın Stokholm təmsilçisinə keçidinin necə baş tutmasından da söz açıb: "Musa atasının baş məşqçisi olduğu "Qarabağ"da çıxış edirdi. Uzun müddət sıx dialoqumuz oldu. Hətta deyərdim ki, son mərhələ daha gərgin alındı. Burada əsas qığılcım Azərbaycan təmsilçisinin Avropa Liqasını tərk etməsi və Konfrans Liqasında "Gent"ə uduzması oldu. Biz qrupdakı hər iki matçda Belçika klubuna qalib gəlmişdik. Musa atası ilə komanda seçimini müzakirə edərkən artıq bizim haqqımızda yaxşı təsəvvürə malik idilər. Bu, ailəni "Yurqorden"in yaxşı və inkişaf edən komanda olduğuna inandırmağa kömək etdi. Onlar başa düşdülər ki, bu klub Qurbanlının gələcəkdə Avropanın daha yüksək liqalarına keçməsinə səbəb ola bilər".
Anderssonun sözlərinə görə, azərbaycanlı futbolçu "Yurqorden"də iyunun 17-də "Malmö"yə qarşı keçirəcəkləri ölkə çempionatının XVI tur oyununda debüt edəcək.
Qeyd edək ki, Musa Qurbanlı İsveç klubu ilə 3 illik müqavilə imzalayıb.

Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-da dəyişiklik: Departament rəhbərinin müqaviləsi yenilənmədi
- UEFA “Qarabağ”ın “Ferentsvaroş”la oyunlarının vaxtını açıqladı
- “Neftçi”nin Polşadakı düşərgəsinə yeni legioner qoşuldu
- Zaur Axundov: “Sevinirik, lakin hələ heç nə bitməyib”
- “Aris” - “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal müəyyənləşdi
- Çarls Boli: “Kiprə qələbə üçün yollanacağıq”
- “Şkendiya”nın baş məşqçisi: “Qarabağ”a mütləq hörmətlə yanaşmalıyıq”
- Azərbaycan Premyer Liqasında ilk turun hakim təyinatları açıqlandı
- “Zirə” Utziqin gedişindən nə qədər qazanacaq?
- “Ferensvaroş” “Qarabağ”la oyundan öncə uduzdu
- “Fiorentina”nın oyunu Əliyar Ağayevə tapşırıldı
- “Araz-Naxçıvan”ın “Omoniya” ilə oyunlarının vaxtı bilindi
- Yaşar Seyidov: “Elə problemlər yaradırlar ki, heç şeytanın da ağlına gəlməz”
- Samir Abasov: “Neftçi”də ab-hava mükəmməldir”
- Emin Mahmudov etdiyi jestdən danışdı: “Bu, dinlə bağlıdır”
-
22:21
"Kəpəz" - "Karvan" matçında 5 qol VİDEO
-
21:53
“Azarkeşlərin narazılığa haqları var”
-
21:19
Azər Həşimov: “Sevinirəm ki, bu komandanın baş məşqçisiyəm”
-
21:00
“Kəpəz” “Karvan”a məğlub oldu
-
19:48
"Zirə"nin futbolçusu əməliyyat olundu
-
16:36
Elvin Bədəlov: “Belə oyunlarda yarım epizoddan da istifadə etməlisən”
-
15:54
Azərbaycanlı dünya çempionu uşaqlara “ustad dərsi” keçib
-
13:11
Karateçimizdən qızıl medal
-
12:42
Azərbaycanın Olimpiya çempionları Xankəndi şəhərinə səfər ediblər
-
12:05
Elvin Cəfərquliyev: “Bəziləri düşünür ki, cütün taleyi həll olunub, xeyr, elə şey yoxdur”
-
11:38
Günün canlı yayımlanacaq oyunları - TV AFİŞA
-
10:57
"Çelsi"dən 5 qollu qələbə VİDEO
-
10:23
Riad Rəfiyev: “İliçin həm işindən, həm də insani keyfiyyətlərindən razıyıq”
-
09:46
"Bavariya" darmadağınıla başladı VİDEO
-
09:14
AFFA-nın baş katibi “Qarabağ”ın qonağı olub
-
23:00
"Sumqayıt" səfərdə "Qarabağ"ı məğlub etdi VİDEO
-
22:37
Qurban Qurbanov: “Bu gün üç xal “Sumqayıt”ın haqqı idi”
-
21:52
İliç: "Çempion olmaq istəyərdim"
-
21:26
"Sumqayıt" “Qarabağ”a qalib gəldi
-
20:08
"Neftçi" səfərdə xal itirdi VİDEO
-
19:41
Samir Abasov: “Bu gün iki xal itirdik”
-
18:13
Azərbaycan millisinin Ukrayna ilə səfər oyunun yeri dəyişdirilib
-
17:36
U-17 millimizin oyunlarının vaxtı açıqlandı
-
17:04
"Neftçi"də yeni müqavilə
-
16:47
"Vest Hem"in futbolçusu "Fənərbaxça"da
-
16:29
Veşoviçin yeni klubu müəyyənləşdi
-
16:15
“Neftçi” “İmişli” önünə bu heyətlə çıxır
-
15:58
Azərbaycanlı mütəxəssis Beynəlxalq Məşqçilik Kursuna qəbul olunub
-
15:31
"Bavariya"nı PSV-yə dəyişdi
-
15:00
“Səbail” “Araz-Naxçıvan”ın futbolçusu ilə gücləndi
-
14:28
Qadın futbolunda yeni rekord
-
14:14
“Qurtuluş” FK 3 yaşında!
-
13:37
Sabiq “Səbail”li Rumıniya klubunda
-
13:09
Məsiyev Riera və 7 futbolçuya sarı vərəqə göstərdi
-
12:45
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
12:23
"Beşiktaş" İsveçrədən heç-heçə ilə qayıtdı VİDEO
-
11:56
“Qalatasaray”ın sabiq üzvü Azərbaycan klubunda
-
11:12
Azərbaycanlı FIFA referisi Çempionlar Liqasının oyunlarına təyinat alıb
-
10:31
Əliyar Ağayev Moyze Kini meydandan qovdu VİDEO
-
10:08
Cəlal Hüseynov Polşadan məyus qayıtdı
-
09:44
U-17 millimiz Monteneqroya uduzub
-
09:27
"Qarabağ" - “Ferensvaroş” oyununun biletləri satışa çıxır
-
21:39
“Neftçi” “İmişli” ilə oyuna hazırdır FOTOLENT
-
18:00
"Zirə"nin futbolçusu 4 oyunluq cəzalandırıldı
-
17:24
"Neftçi" kapitanı ilə müqaviləni uzatdı, 3 transfer reallaşdırdı
-
16:46
Okaforun “Lids”ə keçidi rəsmiləşdi
-
16:02
Azərbaycanın millisi III MDB Oyunlarına Türkiyədə hazırlaşacaq
-
15:31
Samir Abasov iki futbolçunu əsas komandadan kənarlaşdırdı
-
15:17
“Qarabağ”ın oyununun biletləri satışa çıxdı
-
14:58
Kristian Avram: “Bu cür vəziyyətlərdə bir-birimizə dəstək olmalıyıq”
23.08.2025
22.08.2025
21.08.2025













