17 Avqust 2025, Bazar günü
"Kəpəz"də struktur dəyişikliyi
"Qəbələ" qələbəni əldən verdi
Yeni mövsümün ilk qolu vuruldu
"Omoniya" layiqli qələbə qazandı"

Ölkə futbolu

İcraiyyə Komitəsinin bu gün qəbul etdiyi qərarlar

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib. 

Futbolxeber.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi ilə müqavilənin müddəti daha bir seçmə mərhələ müddətinə uzadılsın.

2. Azərbaycan U-19 milli komandasının baş məşqçisi Miloş Velebitlə müqaviləyə xitam verilsin. U-19-un baş məşqçisi vəzifəsinə təyinatla bağlı əlavə məlumat veriləcək.

3. Qızlardan ibarət milli komandaların baş məşqçiləri təsdiq olunsun:

Azərbaycan U-19 (qızlar) - Zamir Həsənov

Azərbaycan U-17 (qızlar) - Nərgiz Qurbanova

Azərbaycan U-15 (qızlar) - Xanlar Əliyev

4. Lisenziyalaşdırma qaydalarında (Buraxılış - 2022) müvafiq dəyişikliklər təsdiq olunsun.

5. Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklərin aparılması ilə bağlı təkliflərin hazırlanması baş katibliyə tapşırılsın.

6. Yoxlama-Təftiş Komitəsinin tərkibi aşağıdakı kimi təsdiq olunsun:

Sədr

Xalid Cavadov - AFFA nümayəndəsi

Üzvlər:

Xanım Məmmədova - AFFA nümayəndəsi

Tariyel Şirəliyev - SOCAR nümayəndəsi

Hafiz Quliyev - İqtisadiyyat Nazirliyinin nümayəndəsi

Səftər Vəlizadə - Dövlət Auditorlar Palatasının nümayəndəsi

Elnur Kazımov - Dövlət Auditorlar Palatasının sərbəst auditoru








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31