24 Avqust 2025, Bazar günü
“Azarkeşlərin narazılığa haqları var”
“Kəpəz” “Karvan”a məğlub oldu
İliç: "Çempion olmaq istəyərdim"
"Sumqayıt" “Qarabağ”a qalib gəldi

Ölkə futbolu

"Olimpiakos" - "Qarabağ" oyunundan öncə bir dəqiqəlik sükut

UEFA Avropa Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində keçiriləcək "Olimpiakos" - "Qarabağ" oyunu bir dəqiqəlik sükutla başlayacaq.

Futbolxeber.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, Avropa futbol qurumunun qərarına əsasən, qarşılaşmada "Arema" və "Persebaya" komandaları arasında İndoneziya çempionatının XI tur matçından sonra dünyasını dəyişənlərin xatirəsi yad olunacaq.

Bu, həmçinin Çempionlar Liqası, Avropa Liqası, Konfrans Liqası və qadınlar arasında dünya çempionatının pley-off oyunlarına da şamil ediləcək.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.








Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Avqust 2025
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31