19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Giqqz: “Beyl Azərbaycanla oyuna qədər hazır olacağını söylədi”

Uels millisinin baş məşqçisi Rayan Giqqz futbolçusu Qaret Beyl haqda danışıb.

Futbolxeber.az saytının məlumatına görə, o, "Real"ın  hücumçusunun zədəsinin ciddi olmadığını deyib:

"Mən onunla mütəmadi olaraq əlaqə saxlayırdım. Mənə ilk oyuna (Azərbaycanla matç nəzərdə tutulur - red.) qədər hazır olacağını söylədi.  Bizim üçün ən ideal variant Beylin millinin matçlarında qədər "Real"la oyunda iştirakıdır".

Qeyd edək ki, 30 yaşlı futbolçunun zədə səbəbindən Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Qalatasaray"la görüşdə oynamayacağı bildirilib.

Xatırladaq ki, Avro-2020-nin seçmə mərhələsi çərçivəsində noyabrın 16-da Bakıda Azərbaycanın qonağı olacaq Uels bundan üç gün sonra Kardiffdə Macarıstanı qəbul edəcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30