19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

UEFA Gənclər Liqası: “Qəbələ”nin potensial rəqibləri məlumdu

UEFA Gənclər Liqasının (UYL) 2019-2020-ci illər mövsümündə iştirak edəcək 64 klubun hər biri müəyyənləşib.

Futbolxeber.az saytının məlumatına görə, onlardan 32-si əsas komandalarının Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanması, 32-si isə öz ölkələrinin çempionatının qalibi olması sayəsində yarışda iştirak edəcəklər.

İkinci "32-lik"də "Qəbələ" də yer alacaq. Təmsilçimiz 3-cü dəfə bu yarışın iştirakçısı olacaq.

Sentyabrın 3-də UEFA-nın mənzil-qərargahında keçiriləcək püşkatma mərasimində klublar reytinqə əsasən səbətlərə bölünməyəcək. Lakin coğrafi mövqelərə əsasən 4 hissəyə ayrılacaq.

Ötən ilki püşkü nəzərə alsaq, "Qəbələ"nin Yunanıstan (PAOK), Polşa ("Korona"), Kipr (APOEL), Sloveniya ("Domjale"), Moldova ("Şerif"), İspaniya ("Saraqosa") və Latviya ("Liepaya") təmsilçilərindən biri ilə düşmək ehtimalı var. Püşkatma Bakı vaxtilə saat 16.00-da başlayacaq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30