5 Mart 2026, Cümə axşamı
“Neftçi”yə sahib çıxmaq zamanı
Kadi: "Biz bunu bacararıq"
Qurban Qurbanovdan qələbə şərhi
“Penaltini yerinə yetirə bilsəydik...”

Ölkə futbolu

"Qəbələ"nin üzvü: "Qrupda layiqincə mübarizə aparmağa çalışacağıq"

U-21 yığma komandamızın aparıcı üzvü Amin Seydiyev Futbolxeber.az saytına açıqlama verib.
 
“Qəbələ”nin futbolçusu U-21 yığmamızın qrupdakı rəqibləri və şansları haqda danışıb:
 
“Rəqiblərlə artıq tanışam. Məncə, bütün rəqiblərimiz güclüdü. Hamısı ciddi rəqiblərdi. Heç bir zəif komandadan, zəif qrupdan söhbət belə gedə bilməz. Rəqiblərimiz yaxşı komandalardı, hamısını təhlil edib, layiqincə mübarizə aparmağa çalışacağıq. Hər birimiz istəyirik ki, qrupdan çıxaq. Rəqibindən asılı olmayaraq hər oyuna yaxşı nəticə qazanmaq üçün çıxacağıq”.
 
Seydiyev Rəşad Sadıqovun baş məşqçi postundan gedişi haqda da fikirlərini bildirib: “Düzünü desəm, Rəşad Sadıqovun gedişi bizim üçün gözlənilməz oldu. Ancaq futbolda belə şeylər olur. Düzdü, öyrəşmişdik Rəşad müəllimin oyun stilinə, bilirdik necə oynamaq lazım olacaq, nə istədiyini bilirdik. Ancaq nə etmək olar? Yeni baş məşqçinin oyun stilinə öyrəşmək? Çətin yox, sadəcə vaxt lazım olacaq. Amma yığma komandada uğurlu nəticələr qazanmaq üçün əlimizdən gələni edəcəyik”.







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31